“Xaç atası”nı borclarını ödəmək üçün yazmışdı
Ailəcanlı, borcdan beli bükülmüş, yazıçılıqdan bezmiş ədibi “anası” xilas etdi
Sizi bilmirəm, amma mən bir dəfə, hələ internetin icad edilmədiyi bir vaxtlarda mediadan oxudum ki, Frensis Ford Koppola “Xaç atası”nı mafiyanın sifarişilə çəkib. Xəbərin dürüst olduğuna şübhə edirəm. Amma tam həqiqət də ola bilər.
Bir başqa həqiqət də budur ki, “Xaç atası”nın əsl sahibi – filmin deyil, bədii mətnin müəllifi Azərbaycanda demək olar ki, tanınmır.
Mənə inanmayanlar Bakı küçələrində yüz adam arasında sorğu keçirib “Xaç atası”na baxıb-baxmadıqlarını soruşa bilər. Əminəm, yüzdən doxsan doqquzu da olmasa, ən azı səksən respondent bu filmə baxıb. Amma filmin ekranlaşdırma olduğunu və Mario Pyuzo adını kimsə çəkməyəcək. Olsa-olsa, yüzdən biri bunu biləcək.
Don Korleone – yazıçının anası
“....bunu deməyə utanıram, amma “Xaç atasını” yalnız başqa bir ədəbiyyatda tapdığım təməl üzərində yazdım. Çünki mən heç vaxt dürüst qanqsterlə qarşılaşmamışam...”
Mario Pyuzo – “Xaç atası” ilə dünya şöhrəti qazanmış amerikalı yazıçı öz əsəri haqda belə demişdi.
Müəllifin “başqa bir ədəbiyyat” ifadəsi də çoxmənalıdır. “Xaç atası”ndakı personajların hamısı Mario Pyuzoya yaxın tanış olan insanlar idi. Əslində, əsərin baş qəhrəmanı Don Vito Korleonenin (“Xaç atası”) prototipi Mario Pyuzonun anasıdır. Gerçək həyatda italiyalı mühacir qadın ailənin saxlanılması və dolanışığı üçün hər şeyə hazır bir qadın idi. Nyu-Yorkda, Manhetten məhəlləsindəki “Cəhənnəm Mətbəxi” deyilən rayonda doğulmuş gələcək yazıçı isə mafioz mühitini əyani şəkildə görmüşdü.
Borc üçündə üzən şöhrət külçəsi
Mario Pyuzo hər mənada anasının davamçısı idi.
“45 yaşım vardı və mən yazıçı olmaqdan bezmişdim. Qohumlarıma, maliyyə şirkətlərinə, bukmeykerlərə 20 min $ borcum vardı”.
Anası kimi, Mario Pyuzo da ailəsinin dolanışığı üçün əlləşirdi. “Arvadın və uşaqlarımı dincəlmək üçün Avropaya aparmaq istəyirdim. Geri qayıtdıqdan sonra kreditorlara 8 min $ borcum vardı”.
Başqa bir qeyd: “Xaç atası” yazdıqlarımım heç də ən yaxşısı deyil, onu qazanc naminə yazmışdım”.
Bir qədər “böyümək” və pul qazanmaq vaxtı yetişir. Və o, Leni Bryusun təklif etdiyi kimi, mafiya haqqında roman yazır. 1969-cu ildə nəşr edilən və 3 ilə yazılmış romana “gözucu” baxan naşirlər dərhal borc içində üzən Mario Pyuzoya 5 min $ avans verir. Sonradan ona bu əsərə görə o, 205 min $ qonorar alır.
Ekrandan səpələnən pullar
O, etiraf edirdi ki, romanı ssenariyə uyğunlaşdırmaqda yeganə məqsədi də pul qazanmaq idi. Mario Pyuzo “Xaç atası”nın ssenarini “Paramaunt” şirkətinə 10 min $-a satmışdı.
Dünya kino tarixinə daxil olmuş şedevr 1972-də ekranlara çıxdı. Sonrakı illərdə Frensis Ford Koppola filmin uğurunu görüb daha iki hissəni ekranlaşdırdı. Məsələn, CBC kanalında “Sonuncu don”u ekranlaşdırmaq üçün kinorejissor 2,1 mln. $ ödəmişdi.
İşgüzarlığına söz olmayan Mario Pyuzo 1991-də ilk infarktını keçirdib. O, 1999-da ürək çatışmazlığından öldü. Onun “Omerta” romanını vətəndaş nikahında olduğu Karol Cina tamamladı.
2001-də Pyuzonun son romanı “Ailə“ nəşr edildi. Bu əsəri də arvadı tamamlamışdı.
Mario Pyuzonun İlk kitabı “Qaranlıq meydan” (1955) idi. Bilməyənlərin sonrakıları da bilməsi yaxşı olardı: “Xoşbəxt ziyarətçilər” (1965), “Münhen yolunda altı məzar” (1967), “Fani axmaqlar” (1978), “Siciliyalı” (1984), “IV Kennedi” (1991), “Sonuncu don” (1996).
Əziz RZAZADƏ

Oxşar xəbərlər
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?
16:30
1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?
12:00
1 may 2026
"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı
14:00
29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!
12:00
28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?
17:48
24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?
14:20
24 aprel 2026