Məşhur aparıcıya xərçəng diaqnozu qoyuldu

Məşhur aparıcıya xərçəng diaqnozu qoyuldu
17 iyun 2026
# 10:18

"Top Gear" şousunun əfsanəvi aparıcısı Ceremi Klarkson onda xərçəng xəstəliyinin aşkarlandığını açıqlayıb.

Kulis.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.

Klarkson ağır xəstəliyi barədə "Klarksonun ferması" şousunun yeni buraxılışında həmkarları Kaleb Kuper və Çarli Ayrlanda danışıb. O, diaqnozunu may ayından bəri gizlətdiyini etiraf edib. Teleaparıcı xərçəng şişinin bədəninin hansı nahiyəsində olduğunu isə dəqiqləşdirməyib və bunun heç kimə aidiyyəti olmadığını sərt şəkildə bildirib.

Məşhur şoumen xəstəliyin gedişatı barədə bunları deyib:

"May ayında müayinədən keçmişdim, xatırlayırsan? Keçən həftə yoxa çıxdım, mənə biopsiya etdilər. Bu, xərçəngdir, özü də ən ağır növüdür. Amma çox erkən mərhələdədir, ona görə də müalicəsi olacaq, yəqin ki, məni başa düşürsən".

Klarksonun sözlərinə görə, onu cərrahi əməliyyat gözləyir və bu səbəbdən müvəqqəti olaraq iş fəaliyyətini dayandırmalı olacaq. Teleaparıcı bu vəziyyətdən heç də məmnun olmadığını, lakin başqa çıxış yolunun qalmadığını qeyd edib.

# 778 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

Dənizin dərinliyindəki batmış gəmidə qədim tapıntılar aşkarlandı

18:00 29 sentyabr 2026
“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

“Sənsiz” adlı ədəbi-musiqili gecə keçirildi - Foto

17:54 29 sentyabr 2026
Stiven Kinqin romanı ekranlaşdırılacaq

Stiven Kinqin romanı ekranlaşdırılacaq

17:30 29 sentyabr 2026
Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

Böyük Britaniya muzeylərinə giriş ödənişsiz olacaq

17:00 29 sentyabr 2026
Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

Türkiyə və İtaliya arasında əməkdaşlıq – Arxeoloji tapıntıların müzakirəsi

16:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər