Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi

Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi
16 iyun 2026
# 15:10

Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas alim və ictimai xadim Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Səməd Vurğun-120” adlı dəyirmi masa keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə Cahangir Cahangirov adına Xorun (bədii rəhbər – Əməkdar müəllim, dosent Təranə Yusifova) ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin Səməd Vurğunun sözlərinə bəstələdiyi “Ey Vətən” əsəri səsləndirilib.

Daha sonra tədbirin rəsmi hissəsində çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, onun görkəmli nümayəndələrinə və xüsusilə Səməd Vurğunun yaradıcılığına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. O, Səməd Vurğunun mənsub olduğu Vəkilovlar nəslinin Azərbaycan dövlətçilik tarixində və ictimai-siyasi həyatında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu nəslin üç nümayəndəsi parlamentdə deputat kimi fəaliyyət göstərərək gənc respublikanın quruculuğunda iştirak etmişdir. Eyni zamanda, Dərələyəz qəzasında Xalq qəhrəmanı Balo bəy Vəkilovun rəhbərliyi altında Azərbaycan torpaqlarının müdafiəsi və azadlığı uğrunda aparılan döyüşlərdə də bu nəslin nümayəndələri fəal iştirak etmişlər.

Afət Abbasova qeyd edib ki, Səməd Vurğun irsinə dövlət qayğısının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dəyirmi masada Səməd Vurğunun Azərbaycan ədəbiyyatı və dilinin inkişafındakı xidmətləri, həmçinin dramaturji fəaliyyəti ətrafında çıxışlar dinlənilib. Natiqlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, yazıçı-publisist, dosent Şərəf Cəlilli, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Vəkilova şairin irsinin müxtəlif yönlərini təhlil ediblər.

Daha sonra şairin zəngin həyat və yaradıcılıq yolunu əks etdirən geniş videoçarx nümayiş olunub. Prezident Kitabxanasının əməkdaşlarının hazırladığı Səməd Vurğunun irsini əhatə edən virtual sərgi təqdim edilib.

Tədbir Səməd Vurğunun yaradıcılığına həsr edilən musiqi və poeziya nömrələri ilə davam edib. Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri şairin “Azərbaycan”, “Bayramqabağı”, “Ananın öyüdü” və “Şair, nə tez qocaldın sən” şeirlərini səsləndiriblər. Cahangir Cahangirov adına Xorun kiçik heyəti və xor üzvləri Səid Rüstəmov və Ələkbər Tağıyevin musiqisi əsasında hazırlanmış “Azərbaycan” kompozisiyasını, həmçinin Emin Sabitoğlunun “Dağlar” əsərini və xor üzvü Rəvan Qaçayevin ifasında Səid Rüstəmovun “Oxu gözəl” mahnısını təqdim ediblər.

Proqram çərçivəsində Əməkdar artist İlham Nəzərovun təqdimatında bəstəkar Sevda İbrahimovanın Səməd Vurğunun sözlərinə bəstələdiyi “Bir diyarın eşqinə” romansı səsləndirilib, müşayiəti Vurğun Vəkilov edib. Həmçinin pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə “İnsan məskən salır” filmindən musiqi nömrəsini ifa edib.

# 1025 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər