Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda
5 noyabr 2026
# 09:30

Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin həyat və döyüş yolundan bəhs edən “İsmayıl məqamı” sənədli filminin təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, ssenari müəllifi və quruluşçu rejissoru Səməd Mehriban Ağayev olan filmin təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Azay Quliyev belə bir filmin ərsəyə gəlməsini müsbət qiymətləndirib:

“Biz çox böyük tarixi hadisələrin ildönümü ərəfəsində bir araya gəlmişik. Bu gün bizim başımız dikdir, biz başıdik ölkənin övladlarıyıq. İsmayıl Kərimli və bütün şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaqlar”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı tədbirin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

O bildirib ki, filmi bütün şəhidlərimizin xatirəsinə həsr etmək olar: “Şəhid İsmayıl Kərimlinin böyük həyat yolu bu gün təqdim olunan filmdə göstəriləcək. Vətən uğrunda həyatını itirən bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir”.

Qeyd edək ki, filmin baş prodüseri Ceyhun Kərimov, quruluşçu operatoru Toğrul Qəhrəmanlı, montaj rejissoru Mirvüqar Abdulov, bəstəkarı isə Vüqar Məmmədzadədir.

Xatırladaq ki, İsmayıl Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub. O, 2020-ci Vətən müharibəsində noyabrın 4-də Daşaltı istiqamətində döyüş yoldaşlarını xilas edən zaman ağır yaralanaraq şəhid olub.

# 92 dəfə oxunub

Oxşar xəbərlər

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
“Dune 3”  üçün 55 tonluq kosmik gəmi tikildi

“Dune 3” üçün 55 tonluq kosmik gəmi tikildi

12:30 4 noyabr 2026
Süni intellektin  yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

Süni intellektin yaratdığı ilk film istəniləni vermədi – Milyonluq layihəyə tamaşaçı tapılmadı

10:43 4 noyabr 2026
“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

“Qışqırıq”ın əfsanəvi qəhrəmanı qayıdır – Səkkizinci film hazırlanır

11:40 3 noyabr 2026
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirildi

09:30 3 noyabr 2026
Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

13:30 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər