"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri

"Deməyə heç nəyin olmaması böyük rahatlıqdır..." - Fransız filosofun deyimləri
4 noyabr 2026
# 16:00

Bu gün fransız yazar və filosof Jil Delözün (Gilles Deleuze) anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Bütün məntiqin altında sayıqlama və axın gizlənir.

***

Problem insanların özlərini ifadə etməsində deyil, nəhayət, deyiləsi bir şey tapa biləcəkləri kiçik təklik və sükut boşluqlarının yaradılmasındadır. Qəddar qüvvələr insanların özlərini ifadə etməsinə mane olmur, əksinə, onları özlərini ifadə etməyə məcbur edir. Deməyə heç nəyin olmaması, heç nə deməmək hüququ necə də böyük rahatlıqdır, çünki yalnız o zaman nadir, yaxud daha da nadirləşən, həqiqətən deməyə dəyən bir şeyi formallaşdırmaq şansı yaranır.

***

Anlayış bir kərpicdir. Ondan məntiq məhkəməsi tikmək üçün də istifadə etmək olar, pəncərədən içəri atmaq üçün də.

***

Dünyaya anlaşılmaz bir şey gətirin!

***

Yaradıcı insan öz imkansızlıqlarını yaradan və bu yolla imkanlar təşviq edən kəsdir.

***

Qorxmağa və ya ümid etməyə ehtiyac yoxdur, yalnız yeni silahlar axtarmaq lazımdır.

***

Siyasi fəlsəfənin təməl problemi hələ də Spinozanın çox aydın gördüyü və Vilhelm Reyxin yenidən kəşf etdiyi həmin sualdır: İnsanlar nə üçün öz köləlikləri uğrunda sanki bu onların xilasıymış kimi inadla döyüşürlər?

***

İncəsənət kommunikativ deyil, incəsənət refleksiv deyil. Elm, incəsənət, fəlsəfə nə təfəkkürdür, nə refleksiyadır, nə də kommunikasiyadır. Onlar yalnız yaradıcılıqdır, vəssalam.

***

Təsvirlər mövcuddur - əşyaların özləri də təsvirlərdir... Təsvirlər daim bir-birinə təsir edir və reaksiya verir, istehsal edir və istehlak edir. Təsvirlər, əşyalar və hərəkət arasında heç bir fərq yoxdur.

***

Müstəbid axmaqlığı təsisatlaşdırır, lakin o, öz sisteminin ilk xidmətçisi və onun daxilində yerləşdirilən ilk şəxsdir.

***

Şeylərə yuxarıdan aşağıya, aşağıdan yuxarıya, soldan sağa və ya sağdan sola baxmaqdansa, onları ortadan görmək asan deyil: cəhd edin, görəcəksiniz ki, hər şey dəyişir.

***

Siz heç vaxt tək gəzmirsiz. Hətta şeytan da milçəklərin hökmdarıdır.

***

Yazmağın məna ilə heç bir əlaqəsi yoxdur. Onun torpaqölçmə və kartoqrafiya ilə, o cümlədən hələ gələcək ölkələrin xəritəsini çəkməklə əlaqəsi var.

***

Qrammatik cəhətdən düzgün cümlələr qurmaq normal fərd üçün sosial qanunlara tabe olmağın ilkin şərtidir. Heç kimin qrammatikadan xəbərsiz olduğu fərz edilmir, xəbərsiz olanlar xüsusi müəssisələrə aitdir. Dilin vahidliyi fundamental siyasi xarakter daşıyır.

***

Solçu hökumət mövcud deyil, çünki solçu olmağın hökumətlərlə heç bir əlaqəsi yoxdur.

***

Qavrayış obyekti insandan əvvəlki insanın olmadığı mənzərədir.

# 108 dəfə oxunub

Oxşar xəbərlər

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

"Skubi-Du"nun serialı çəkildi - Təfərrüatlar

16:30 4 noyabr 2026
Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

Məşhur rok albomu "Billboard 200"ün zirvəsinə yüksəldi - 20 il sonra

15:30 4 noyabr 2026
Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

Kiçik problemləri həll edən yazıçı görəndə gözlərim yorulur... - Doris Qrambak

15:00 4 noyabr 2026
"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

"Özgənin uşağı" anlayışı... - Yeniyetməyə seksual obyekt kimi baxan potensial pedofillər kimlərdir?

15:00 4 noyabr 2026
Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

Kiprin "Avroviziya 2027"dəki təmsilçisi bəlli oldu

14:30 4 noyabr 2026
Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırdı

13:30 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər