Builki Qonkur mükafatçısı: "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal

Builki Qonkur mükafatçısı:  "Romanımın bir hissəsini süni intellektlə yazmışam" - Qalmaqal
5 noyabr 2026
# 09:45

Fransanın ən nüfuzlu ədəbiyyat mükafatı olan Qonkurun builki qalibi Filip Janada mükafatı qazanmasından sonra "France İnter" radiosunun efirində romanını yazarkən üç dəfə süni intellektə müraciət etdiyini etiraf edib.

Kulis.az xəbər verir ki, fransız ədəbiyyat dünyasında Telison Orelianın romanının bir hissəsini süni intellektlə yazdığını açıqlamasından cəmi bir neçə həftə sonra yeni bir mübahisə başlanıb.

Janada bildirib ki, ilk olaraq "ChatGPT" tərəfindən yazılmış bir cümləni oxucu ilə "oynamaq" məqsədilə romanına daxil edib. Yazıçı həmin cümləni çərşənbə axşamı Qonkur münsiflər heyəti ilə də paylaşdığını qeyd edib. "Üzə çıxsa, bunun kimdən gələcəyini bilirəm", - deyə zarafat edən Janada, süni intellektdən həmçinin "ChatGPT"nin texniki məlumat haqqında verdiyi tamamilə absurd cavablarla bir qədər zaragatlaşmaq üçün istifadə etdiyini desə də, bu barədə təfərrüat verməyib. Açılmamış cinayət işlərinə diqqət yetirən 62 yaşlı romançı süni intellektdən texniki araşdırma məqsədilə də yararlandığını vurğulayıb.

Janada deyib: "Süni intellekti görməzdən gələ bilmərik, sanki heç yoxmuş kimi davranmaq olmaz. Ondan istifadə etməli, varlığını qəbul etməli və özümüzü onunla işləməyə öyrətməliyik, lakin onun yerimizi tutmasına icazə verməməliyik. Süni intellekt işə yaramalıdır".

"Artıq heç kim müstəqil yaza bilmir?"

Janadanın açıqlamaları sosial şəbəkələrdə qısa müddətdə gündəm olub. Bəzi istifadəçilər süni intellektin artıq "orfoqrafiya yoxlayıcısı kimi qaçılmaz hala gələcəyini" müdafiə etdiyi halda, digərləri məyusluqlarını dile gətiriblər. Bir X istifadəçisi "Özlərinin, ürəklərinin, cəsarətlərinin və ağıllarının gücü ilə zəhmət çəkərək zaman ayıran və əsər ərsəyə gətirən yazıçıları oxumaq istəyirəm", - deyə yazıb. Başqa bir istifadəçi isə "2026-cı ilin ədəbiyyat mövsümündə artıq heç kim öz gücünə yaza bilmir? Oxucu ilə "oynamaq" ola bilər, amma bunun romanla nə əlaqəsi var?" ifadələrini işlədib.

Filip Janada 2025-ci il Qonkur mükafatının sahibi Loran Movinyedən sonra bu mükafata layiq görülüb. Yazıçı 1940-cı illərin sonlarında Parisdə gənc bir qadının müəmmalı qətlindən bəhs edən "L'Inconnue du quai de Javel" adlı romanı ilə mükafatı qazanıb. Janada bu romanı ilə daha əvvəl "Sulak" (2013), "La Petite Femelle" (2015) və "La Serpe" (2017) kitabları ilə formalaşdırdığı, real cinayət işlərinə əsaslanan nəsr xəttini davam etdirir.

Bir neçə həftə əvvəl Qonkurun fazoritləri arasında göstərilən Telison Orelianın romanı isə süni intellektdən istifadə şübhələri və plagiat ittihamları səbəbindən mükafatın ikinci qısa siyahısından çıxarılmış və digər ədəbiyyat mükafatlarının dəyərləndirməsindən kənarlaşdırılmışdı.

Monrealda yerləşən "Éditions du Boréal" nəşriyyatı yazıçı ilə əməkdaşlığa rəsmən xitam verdiyini və kitabın yeni çapının olunmayacağını bəyan etmişdi.

# 108 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi

10:30 5 noyabr 2026
İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

İtaliya kinosunun ən qalmaqallı rejissoru vəfat etdi

10:14 5 noyabr 2026
Türkiyədəki  batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

Türkiyədəki batmış gəmi qalığı Ginnesin Rekordlar Kitabında

10:10 5 noyabr 2026
Emin Piri:  "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

Emin Piri: "Əsgəri müharibədən daha çox ondan sonrakı dövr məhv edir" - Müsahibə

10:00 5 noyabr 2026
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçının konsertində

09:20 5 noyabr 2026
Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

18:42 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər