76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi

76 yaşlı Stivi Uonder Londonda üç saat səhnədə qaldı – Əfsanəvi albomun 50 yaşı belə qeyd edildi
5 noyabr 2026
# 16:43

Dünya musiqisinin canlı əfsanələrindən Stivi Uonder Londonda verdiyi konsertlə bir daha səhnə enerjisinin yaşla ölçülmədiyini göstərib.

Kulis.az xəbər verir ki, 76 yaşlı müğənni "O2 Arena"da təxminən 20 min tamaşaçı qarşısında üç saatlıq proqramla çıxış edib.

Konsert onun məşhur “Songs in the Key of Life” albomunun 50 illiyinə həsr olunub.

Uonder səhnəyə çıxmazdan əvvəl tamaşaçılara gözlərini yumaraq musiqini hiss etməyi təklif edib. Ardınca 25 nəfərlik musiqiçi heyətinin müşayiəti ilə albomun sevilən kompozisiyalarını ifa edib. “Love’s in Need of Love Today” ilə başlayan proqramda “Contusion” və “Sir Duke” kimi əsərlər xüsusi maraq doğurub. Konsertin bəzi hissələri uzun instrumental improvizasiyalara çevrilib.

“Rolling Stone”un Britaniya nəşri yazır ki, sənətçinin səsi və musiqi ifaçılığı onilliklərin yorğunluğunu hiss etdirməyib. Uonder çıxışının bir hissəsində dünya liderlərini hamı üçün daha yaxşı həyat qurmağa çağırıb. Bu proqram təkcə yubiley konserti deyil, həm də musiqiçinin yarım əsr əvvəl yaratdığı albomun bu gün də aktual və təsirli olduğunu nümayiş etdirən hadisədir.

# 94 dəfə oxunub

Oxşar xəbərlər

Prezident “APA Media Group”un  iki əməkdaşını təltif etdi

Prezident “APA Media Group”un iki əməkdaşını təltif etdi

16:11 5 noyabr 2026
Makedoniyalı İsgəndər  haqqında kitab ilin ən böyük qeyri-bədii  mükafatını qazandı

Makedoniyalı İsgəndər haqqında kitab ilin ən böyük qeyri-bədii mükafatını qazandı

15:58 5 noyabr 2026
Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

Məşhur aktyor ilk dəfə "Oskar"a namizəd ola bilər - "CIA" agenti rolu ilə

15:28 5 noyabr 2026
"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
"Dreyfus işi":  İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

"Dreyfus işi": İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

13:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər