Yeni dövrün seks inqilabçısı...

Yeni dövrün seks inqilabçısı...
6 fevral 2013
# 08:30

Rihanna… 16 yaşında Barbadosda TV qarşısında, əlində daraqla mahnı oxuyub Madonna kimi rəqs eməyə çalışan, Bob Marley kimi danışan bu ədalı qız Nyu-Yorka gələn bütün yeniyetmələr kimi nə istədiyini bilirdi.

R&B dünyasının divası Beyonsun sevgilisi, hip-hop bazarının kralı Jay-Z səsyazma studiyasında təşkil etdiyi seçimlərdə bu qızda fərqlilik sezdi. “Onu saat 13.00-da dinlədik. Müqaviləni isə gecə saat 03.00-da imzaladıq. Rihannanı əlimizdən qaçıra bilməzdik” – Jay-Z o günü belə xatırlayır.

17 yaşında çıxartdığı albomun ilk mahnısı “Pon De Replay” milyonlarla pop mahnısından fərqlənmirdi. Mahnıda yenilik yox idi. Rihanna klipdə buruq saçları və belindən düşən şalvarı ilə arxasını yellədirdi. Britni Spirsin depressiyası olmasaydı, yəqin bu mahnı da, Rihanna da 2000-lər nostalgiyası kimi tarixdə qalacaqdı.

Pop dünyası onun çətiri altında

2007-ci ildə hamı “Ela ela ela ey ey ey ey” deyə gəzməyə başladı. Rihannanın, balaca karibli qızdan “badgirlriri”yə keçidinin xəbərçisi olan “Good Girl Gone Bad” albomundakı “Umbrella” adlı mahnısı hər şeyi dəyişdi.

Mahnının müəllifləri əvvəlcə Britni Spirsə üz tutmuş, ancaq depresiyyasına başı qarışan müğənnidən rədd cavabı almışdılar. Beləliklə, xoş təsadüf nəticəsində mahnı dönüb-dolaşıb Rihannanı tapdı və onu dünya ulduzu çevirdi.

“Umbrella” ilə birlikdə şirin qız obrazı getdi, əvəzinə isə dumanlı gözləri ilə yaramazlıq etməyə hazır olan bir qız gəldi.

Onu döyən adamı sevən Rihanna

Rihanna nə Lady Gaga kimi teatral, nə Beyons kimi diva, nə də Kim Kardaşyan kimi “Gucci” geyinən bahalı qız idi. Hiss olunurdu ki, bu qızın içində partlayacaq nəsə var. Və oldu da. Rihanna aşiq oldu. Özü kimi gənc Kris Brauna. Ancaq bu sevgi çox uzun çəkmədi.

2009-cu ildə Braun tərəfindən döyüldükdən sonra aqressiyası artdı. Aqressiya ilə yanaşı “Twitter”də “pis qız” fotoları çoxaldı. Partilərdə daha çox vaxt keçirməyə, içkiyə, əyləncəyə baş qoşdu. Görünürdü ki, Rihanna onu amansızca döyən kişini unuda bilmir. Aparıcı Oprah Winfreyin “Səni döydükdən sonra nə hiss etdin?” sualına belə cavab vermişdi:

“Hamı mənə kömək etmək istəyir. Ancaq ona kim kömək edəcək? Onun vəhşi olduğunu düşünürlər. Amma onun köməyə ehtiyacı var. Mən olmasam, ona kim kömək edəcək?”

Bu çarəsizlikdir, yoxsa həqiqətən də sevginin gözü kordur? Rihanna doğrudan da axmaqdır? Yaxud mazoxistdir?! – Bəlkə də bunların hamısıdır.

Rihanna nə qədər parçalansa da, bu sevgi ona daha çox fanat kütləsi, piar, milyonlarla Twitter izləyicisi gətirdi. Hər albomla, hətta 2-3 ayda bir imicini yenilədi. 12-13 yaşında onu nümunə seçən qızları üçün narahatlıq keçirən analara: “Mən model deyiləm. Mükəmməliyə deyil, fərdiyyətçiliyə inanıram” - dedi.

26 milyon Twitter izləyicisi...

26 milyon “Twitter” istifadəçisi ilə arxasının şəklini paylaşmaqdan çəkinmir. Küçəyə cırıq paltarla çıxır, səhnədə sado-mazoxist porno səhnəsi canlandırır, erotik çağırışlı mahnılar oxuyur.

O, Madonnanın sosial mediyadakı, amma daha güclü və sərt forması oldu. Madonnanın şıltaqlıqlarına utanmazlıq qatdı. Göyərmiş üzünün şəklini boynuna döydürdü, onu döyən sevgilisi ilə barışıb duet (Nobody’s Busines) yazdırdı. Hamıya: “Mənim həyatımdır, istədiyim kimi də yaşayacam” - dedi.

Yeni rok ulduzunuz

Rihanna keçən ay arxasına vurdurduğu marixuana döyməsini “İnstagram”a qoyub: “Mən Hollivud dəbdəbəsinin, qırmızı xalça keçidlərinin, mikrofon divalarının öldüyü yerdə doğulmuşam. Bar tualetlərində sevişməyi, qeyri-ənənəvi münasibətləri, sərxoş olmağı, ağılsız gənc qız kimi düşüb-qalxmağı, gözəl ətəklərdən çox arxası cırıq cinslərimi sevirəm. Yeni rok ulduzunuz mənəm. Xoşunuza gəlsə də, gəlməsə də” - mesajını verdi.

Sosial mediya kraliçası

“Badgirlriri” adı ilə “Twitter” və “Instagram”da aktiv olan Rihannanın “Twitter”də 26 milyon izləyicisi var. Halbuki, eyni sosial şəbəkədə Barak Obamanın izləyicilərinin sayı 6 milyondur. ““Facebook”un 1 nömrəli insanı” elan edilən müğənninin səhifəsi 62 milyon dəfə “bəyənilib”. 6 Qremmi mükafatlı Rihanna “Youtube”da 2,9 milyarddan çox baxıldığına görə “Forbes” tərəfindən “1 nömrəli Sosial Mediya Ulduzu” seçilib.

# 11416 dəfə oxunub

Oxşar xəbərlər

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

Yaxşı ki, Aqşin AYB sədri deyil... - Ulucay Akif

12:16 28 oktyabr 2025
Qaraltı - Vüqar Vanın yeni hekayəsi

Qaraltı - Vüqar Vanın yeni hekayəsi

10:30 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər