"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar
7 noyabr 2026
# 11:01

Bu gün Avstriya əsilli tanınmış amerikalı psixiatr, neyroloq Erik Riçard Kandelin doğum günüdür.

Kulis.az onun əsərlərindən maraqlı sitatları təqdim edir.

Heç ağlınıza gəlibmi ki, ömrünüzdən elə sürətlə ötüb keçən və çətinliklə hiss etdiyiniz o tək bir indiki andan başqa, həyat əslində, bütünlüklə xatirələrdən ibarətdir? Hər keçən anı çıxmaq şərtilə, həyat həqiqətən də sırf yaddaşdır.

***

Yaddaş hər şeydir. O olmadan biz heç kimik.

***

Həqiqətin çoxlu ölçüləri var və mürəkkəb situasiyalarda həqiqətə çatmağın yolu müxtəlif baxış bucaqlarından keçir.

***

Beyin duyğu həzzlərimizi formalaşdıran, fikir və emosiyalarımızı tənzimləyən, əməllərimizi idarə edən və böyük hesablama qabiliyyətinə malik mürəkkəb bioloji orqandır.

***

Neyroetikanın (əsəb elminin) vəzifəsi davranışı beynin fəaliyyəti baxımından izah etməkdir. Beyin davranışı formalaşdırmaq üçün milyonlarla fərdi sinir hüceyrəsini necə səfərbər edir və bu hüceyrələr ətraf mühitdən necə təsirlənir? Bioloji elmlərin son sərhədi onların ali məqsədi şüurun və qavramağımızı, hərəkət etməyimizi, öyrənməyimizi və xatırlamağımızı təmin edən psixi proseslərin bioloji əsaslarını anlamaqdır.

***

Həyat sanki bir dövrədir. İnsan erkən yaşlarında maraq göstərdiyi bir çox şeylərə yenidən qayıdır.

***

Əsəb sisteminin nisbətən stereotipik vahidlərinin bu plastiklik potensialı hər birimizə öz fərdiliyimizi bəxş edir.

***

İncəsənətdə də, elmdə olduğu kimi, reduksionizm (mürəkkəb sistemlərin sadə elementlərlə izahı) rəng, işıq və perspektiv qavrayışımızı bəsitləşdirmir, əksinə bu komponentlərin hər birini yeni bir işıqda görməyə imkan verir.

***

Mən düşünmürəm ki, biologiya incəsənət vasitəsilə yaşanan hissləri əvəz edir. Biologiya əlavə baxış bucaqları qazandırmağa qadirdir. Bu, bir-birini əvəzləyən deyil, paralel gedən prosesdir.

***

Biologiya zəka haqqında həqiqətə yaxınlaşmağın bir yoludur. Biologiyada insan zəkası ilə məşğul olanların çoxu problemləri psixoanaliz səviyyəsindəki mürəkkəbliklə ele almırlar. Lakin psixoanalizdə müəyyən qeyri-müəyyənlik var. Psixoanalitikin dərin fikirləri ola bilər, lakin hazırda bunun həqiqət olub-olmadığını sübut etmək üçün təcrübələr apara bilmir.

***

Beyində üzlərə cavab verən hüceyrələr var. Portret sənəti ilə maraqlanmağımın səbəblərindən biri də budur. Bu hüceyrələrin davranışından istifadə edərək üz ifadələrini qavramağımız haqqında çox şey öyrənə bilərik.

***

İnternetin ən gözəl cəhətlərindən biri onun bir salon kimi olmasıdır. O, müxtəlif intellektual təbəqələrdən olan insanları bir araya gətirir.

***

Avtoportretlər insanın özü haqqında nəyisə üzə çıxarmaq üsuludur.

***

Vyana şəhərini həqiqətən çox sevirəm. Onun incəsənətini, musiqisini və memarlığını sevirəm. Bir sözlə, Vyananın təmsil etdiyi mədəniyyəti sevirəm. Məni həqiqətən cəlb edən 1900-cü illərin əvvəlləri - Freyd, Şnitsler və Klimt dövrüdür. Bu, zəkanın müasir görünüşünün doğulduğu dövrdür.

***

Bir çox insanlar üçün problem ondadır ki, biz psixiatrik pozuntuların əksəriyyətinin bioloji əsaslarını göstərə bilmirik. Əslində, biz onları qaraciyər və ya ürək xəstəliklərini anladığımız kimi anlamaqdan hələ çox uzağıq.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 101 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər