Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə

Çaplinin “Müasir zamanlar”ı bu komediyadan təsirlənmişdi? – 10 il davam edən məhkəmə
11 noyabr 2026
# 18:40

Bu gün görkəmli fransız rejissor Rene Klerin doğum günüdür.

Kulis.az "Günün filmi" rubrikasından rejissorun "Azadlıq bizimdir" (A nous la liberte) filmi haqqında materialı təqdim edir.

1931-ci ildə fransız rejissor Rene Kler “A nous la liberte” (“Azadlıq bizimdir”) filmini çəkəndə səsli kino hələ təzə idi. O dövrdə rejissorların çoxu səsi yalnız yazı vasitəsi kimi işlədirdi. Kler isə onu yaradıcı vasitəyə çevirdi.

Hekayə iki məhbusun dostluğu ilə başlayır. Lui və Emil qaçmağa çalışır. Lui xilas olur, Emil isə tutulur. Sonra Lui patefon zavodunun sahibinə çevrilir. Azadlığa çıxan Emil təsadüfən məhz o zavodda iş tapır və görür ki, konveyer başı həbsxanadan çox da fərqlənmir.

À nous la liberté (1931) - IMDb

Kler hadisəni moizə ilə yox, gülüşlə danışır. Ən məşhur səhnədə natiq rəsmi mərasimdə uzun-uzadı çıxış edir, küləklə uçuşan əskinaslar isə vüqarlı cənabları dəstəyə çevirir və hamı pulların dalınca qaçır. Finalda Lui zavodu işçilərə verir, özü isə dostu ilə yenidən yola düşür.

Filmin ruhunu musiqi də yaradır. Jorj Orik konveyerin səsini ksilofonla verir, bəzi anlarda isə danışığın yerini musiqi tutur. Lazar Mersson isə həbsxana və zavod dekorları ilə fransız filminə verilən ilk Oskar namizədliyini qazandı.

1936-cı ildə Çaplinin “Müasir zamanlar” filmi çıxanda oxşar konveyer səhnələri mübahisə doğurdu. "Tobis" studiyası Çaplini məhkəməyə verdi, Kler isə prosesə qoşulmadı və bunu iltifat saydı. Çaplin filmi görmədiyini deyirdi. İş təxminən on il çəkdi və razılaşma ilə bitdi.

A Nous La Liberte

Amma film sol təbliğat deyil. Klerin əlində siyasi mövzu xammal, komediya isə əsl məhsul idi. Yenə də SSRİ-də qadağan olundu.

Bu gün film kino tarixində səsin, təsvirin və satiranın birləşdiyi komediyalardan biri sayılır.

# 34 dəfə oxunub

Oxşar xəbərlər

“Ölümcül Miras”  sənədli filmi nümayiş olundu

“Ölümcül Miras” sənədli filmi nümayiş olundu

16:44 11 noyabr 2026
“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

“Apple TV”də yeni dövr - Filmləri işarət dilində izləmək mümkün olacaq

15:56 11 noyabr 2026
“Ramayana” Britaniyanı fəth etdi:  Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

“Ramayana” Britaniyanı fəth etdi: Hindistan filmi tarixdə ilk dəfə zirvəyə qalxdı

14:27 11 noyabr 2026
Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

Tarixi həqiqət, yoxsa Hollivud şablonları? - Amerika imperializminin pərdəarxası

10:00 10 noyabr 2026
Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər