Qeydlər - Yeni hekayə

Qeydlər - Yeni hekayə
18 noyabr 2026
# 15:31

Kulis.az "Poçt qutusu" rubrikasında Səid Nəzərlinin "Qeydlər" hekayəsini təqdim edir.


Səhər idi. Joş yenə həmişəki kimi günəşin nazlana-nazlana yaydığı şəfəqini səbirsizliklə, sıxılmadan gözləyirdi. Ayağında baş barmağı deşikli corab, üstündə anasının dəfələrlə yamaq vurduğu Joşun isə dəfələrlə dəlik-deşik etdiyi cır-cındır geyim var idi.

Balaca misterin şalvarının dizləri yerdə "kanki" etməkdən yox olmuş, şalvarı ilə sanki özünəməxsus dəstləşdirmişdi. Joş bu geyimlə narahat olmur, evdəki hər anını, hər dəqiqəsini bunlarla keçirirdi.

Evin ən dəcəli, həm də ən xoşbəxti o idi. Səhər durar, günəşi salamlayar, qardaşı ilə oyuncağın davasını edər, sonra yenə davanı başladar evdə o yana bu yana qaçar, evi beynəlxalq qaçış yarışları meydançasına çevirər, ən tez yeməyə gəlib ən gec yeməyini bitirər, sonra da anası tərəfindən min bir əziyyətlə yatızdırılmağı gözləyir və yenə həyatının çarxını başladar. Onun gənc bir bacısı da vardı. Onun əksinə, bacısı çox cəsarətli və qorxmaz idi.

Joş pişikdən qorxub qaçır, gecə su içə bilmir, ailəsindən 3 metr ayrıla bilməyən pişik balası kimi ailəsini axtarırdı, ailəsi isə onun gələcəyindən qorxurdu. Məktəbdə uşaqlar ondan istifadə edir, onun qorxusunu inanclara və qəribə varlıqlara qədər aparıb aparırdılar.

Məktəbdə Joş kimi, çatıq qaşlı şeytanın ət və skelet tapmış halına bənzər bir fəhlə uşağı olan oğlan var idi. Oğlanın adı Darks idi. Əslində ailəsi də onun kimi cəhənnəmdən çıxmışa oxşayırdı. Uşağın adını da düşünmədən illərlə həbs yatmış və saysız-hesabsız pis iş görmüş qohumlarının adını qoyublar.

Uşağın məktəbdə olması belə müəllimləri qorxudur, bəzi uşaqlar isə məktəbdən çıxırdı. İndi bunu deyəndə onlara inanmaya bilərdiniz. Nə yaman uşaqdı ki, hamı ondan qorxub qaçır. O sadəcə fəhlə uşağıdır. Bəli, amma Joş da elədir. O vaxtlar ən çox gözə batan şey kiminsə ailəsinin - valideynlərinin fəhlə yoxsa aristokrat olması idi. Təbii ki, bu da sosial bərabərsizliyə aid olan bir məqamdır. Ayrı-seçkilik, kənara itələnmə, saymazlıq və daha nələr...

Amma Joş həyatı güllü-çiçəkli bir buket kimi görürdü. Sizcə də bu qəribə deyilmi? Əgər Joşun qorxaq olduğunu biliriksə, bəs necə və niyə o hələ də məktəbdəki digər uşaqlar kimi qorxub çıxmır? Əslində, Joş cəsurdur, Joş elədir, belədir deməyəcəm. Yəni bir düşünün, hamı qaçır və o məktəbdə o uşaq belə deyə bilməyəcəyimiz varlıqla təkbətək qalır.

O günlər onun üçün çox pis keçir... Joşun atası mister Qlink qızına sanki bir brilyant kimi baxan atadır, amma iş Joşa gələndə ya çox vaxt etdiyi kimi ona bir - iki qapaz ilişdirir, ya da o yatana qədər ondan şikayət edir. Atanın da hirsi sanki heç vaxt qurumur, həmişə nəm olur...

Joş atasının iş günlərində əylənir uşaqlıq edir, atasının evdə olduğu günlər isə qamətini düzəldib farağat durmalıdır. O artıq döyülməyi vərdiş etmişdi, atasının gəldiyi günü sıxılaraq gözləyirdi. Joşun atası normal deyildi. Atası divarın arxasında səslənir, Joşun əlinə vurur, əsəbini ondan çıxardır və həmişə mənfi şeylər söyləyirdi.

Məsələn, onun bir dəfə ayağı sınmışdı və atası onu yatağına atdı, uşaq bu sarsıntıdan sonra atası ilə heç danışmadı. Anası ilə bacısı etiraz edəndə atası onları da döyür, qorxudurdu. Məktəbdə də onu qorumaqdansa, hər əsəbləşəndə orada qalan müəllimə də Joşa daha sərt davranmasını söyləyirdi. Artıq Joş iki dəfə əlavə orada qalır. Darksa qul kimi davranırdı.

Bir gün atası içəri girdi, o gün atasının iş günü idi. Amma gəlib hamıya Joş da daxil olmaqla "istirahət etməyə" gedirik dedi. Joş çox şübhələndi, onsuz da daha böyümüşdü 12 yaşı vardı. İlk dəfə qorxu hiss etmədən mərdliklə ondan soruşdu:

- Ata, deyə bilərsən biz hara yollanırıq?

Atası sarsıldı, anası və bacısı da... İndiyə qədər iki dəfə istirahətə getmişdilər və heç kim heç nə soruşmamışdı...

- Oglum, atan gəzməyə aparır, burada sorğulanası nə var ki? - deyə anası dilləndi.

Ata:

- Tez geyinin, tez gedək. Joş, bax məni əsəbləşdirmə, yoxsa istirahətə getməzsən.

Joş birdən əsəbiləşdi. Ürəyi az qala saniyədə iyirmi dəfə döyünməyə başladı. Həyatında heç hiss etmədiyi bir cəsarət hiss etdi. O dedi:

- Onsuz da məni heç vaxt bir yerə aparmayıbsan. Həmişə sən, bacım və anam gedib. Mən də evdə sizi gözləyir xəyal edirdim ki, sanki məndə sizinləyəm, amma yox bu, heç vaxt gerçək olmayacaq. Məni indi döyə bilərsən, amma onu bil ki, daha mən 7 yaşındakı çarəsiz Joş deyiləm!

Ata sanki cin atına mindi. Həmişə etdiyi kimi özünü qabağa verib qamətini dikəltdi. Həmişə işə yarayırdı. Amma indiyə qədər. Bu dəfə Joş yerindən tərpənmədi. Gözünü belə qırpmadı. Dedi:

- Yenə olmayan gücünlə mənə qarşı gəlmək istəyirsən, ata? Səncə, normal ata bunu edər? Səncə, normal ata ailəsini qorxu içində basdırar? Səncə, normal ata bizə bu qiyaməti yaşadar?

Anası qorxmuş dedi:

- Sən bu sözləri haradan öyrənmisən, bala?

- Bu kişi çox yaxşı bilər, ana... İki saat əlavə dərs və yorğunluq. Siz gecə yatanda mən işləyirəm...

- Cəhənnəmdə yanacaqsan, oğul. Anana da cavab qaytarırsan hələ.

- Mən cəhənnəmdən qorxmuram, ata. Onsuz da bir şeytanla ancaq mənim kimi başqa bir şeytan dil tapa bilər. Elə deyil, ata?

Ata donub qalmışdı. İllərlə döydüyü uşaq indi acı sözlərlə onu döyürdü. Əlini qaldırıb uşağa vurmaq istədi, amma Joşun anası onun əlini tutub:

- Daha bəsdir. Uşaq hər şeyi üzünə vurdu və hələ sən onu döymək istəyirsən. Anlamırsan? Artıq mən belə səninlə olmaq istəmirəm. Qızıma yaxşı baxa bilərsə, amma onu bil ki, bu sirr də ortaya çıxdı. Biz, əslində varlıyıq, həm də aristokrat. Biz evlənməzdən əvvəl atanız kasıb olduğunu dedi. Mən isə onu puluna görə yox özünə görə sevirdim. Bizdən 200 frank istəyəndən sonra döndüm qaldım. Amma yenə də verdik. Sonra 100, 200 və daha nə qədər pul tələb etdi. Dediyinə görə borcu var idi. Amma evlənəndən sonra bu pulun harada olduğunu soruşdum. Sən demə, hamısını öz paltarına xərcləyib.

Sonra Joşun anası atalarının "açmayın-açmayın" dediyi siyirmədən qızıl boyunbağı qızıl saat nə qədər də bahalı paltar çıxardı.

- Baxın, uşaqlar görürsünüzmü?

Anaları dilləndi. Ata tez paltarları analarının əlindən alıb gizlətdi.

-Joş sənin bacını da böyüyəndə qul etmək və kölə kimi işlətmək üçün baxır.

Ataları:

-Nəyə baxırsınız, hamısı ananızın ucbatından olub. Ananızın sayəsində də gəzməyə getmirik.

Joş atasının sözünü kəsib dedi:

- Artıq hamı sənin nə qədər qorxaq və yalançı biri olduğu bilir. Qaçışın yoxdur! Anamın əvəzinə mən səni evdən qovuram.

Ata:

- Bura mənim evimdir, məni qova bilməzsən.

Ana:

- Amma mən edə bilərəm. Yadındadır, bu evi belə biz aldıq...

Ataları əsəbi-əsəbi qapıdan çıxıb getdi. Bu hadisədən sonra Joş o gün məktəbə getmədi.

Joş yatmağa getdi, amma yata bilmirdi. Yaxşı şeylər düşünməyə çalışdı. Amma yuxusu gəlirdi, axı o tez yatmalı idi bu yorğunluqla. Birdən fikir verdi ki, onun yuxusu yox birisi qaçırdı, özü də onların evində. Joş addımlara fikir verdi. Asta-asta idi. Bir uşaq belə yavaşca gəzə bilməzdi. Durdu və ətrafa boylandı. Bir kölgə var idi. Həm də yekə. Bu o idi - atası. Onların zinnət əşyalarını oğurlayırdı. Joş durdu və qışqırdı. Hamı durdu. Atası donub qalmışdı, polis çağırdılar.

Səhər oldu, yenə məktəbə gedən Joş sinifə çatanda Darksı gördü. Pul tamamilə yadından çıxmışdı. Joş üzr istədi və içəri girmək istədi. Darks onu itələyib boğazından tutdu. Darks bir vurdu, iki vurdu, üç vuracaqdı ki, Joş onun əlini tutdu. Əslində, Joşun 12 Darksın da 11 yaşı vardı. Amma indiyə qədər Joş həmişə qorxduğu üçün elə görünürdü. Joş dedi:

- Hə, bax, sənin mənlə nə işin var? Sənə əzab verməmişəm, pul istəməmişəm, nə istəyirsən?

Joş bunu deyib birini ilişdirdi. Bunları təsadüfən bu məktəbdən çıxmış bir uşaq gördü.

- Sənə nifrət edirəm, istəsəydim səni bu dəqiqə yox edərdim, - deyə Joş dilləndi.

- Darks, nə qədər qorxunc ola bilərsən ki? Nə qədər uşağı məktəbdən çıxarda bilərsən, amma mənə əlin dəyə bilməz...

Bunu deyəndən sonra Joş ona dəfələrlə yumruq ilişdirdi. Darks qan-tər içində qaldı. Bundan sonra Joş dərsə girdi...


# 66 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

Məşhur reper məhkəmə qarşısına çıxacaq - Səbəb

15:44 18 noyabr 2026
Gülarə Mehdiyevanın qətli ilə bağlı detallar məlum oldu

Gülarə Mehdiyevanın qətli ilə bağlı detallar məlum oldu

15:36 18 noyabr 2026
Məşhur rejissordan yeni layihə - Kianu Rivz baş rolda çıxış edəcək

Məşhur rejissordan yeni layihə - Kianu Rivz baş rolda çıxış edəcək

15:16 18 noyabr 2026
Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

Tanınmış hind yazıçıdan "Yazmağın 10 qaydası"

15:00 18 noyabr 2026
İngiltərə XVI əsrə aid Moğol əlyazmalarının ölkədən çıxarılmasına qadağa qoydu

İngiltərə XVI əsrə aid Moğol əlyazmalarının ölkədən çıxarılmasına qadağa qoydu

14:58 18 noyabr 2026
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində

Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində

14:41 18 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər