Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb
18 noyabr 2026
# 11:17

İspaniyalı aktyor Luis Lorenso xalası ilə qeyri-qanuni rəftar və dələduzluqda təqsirli bilinərək həbs cəzasına məhkum edilib.

Kulis.az xəbər verir ki, bu barədə “ABC” nəşri məlumat yayıb.

Məhkəmənin qərarına əsasən, aktyorun keçmiş partnyoru Aransasu Suares 9 il 1 gün, Luis Lorenso isə 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2021-ci ilin martında Lorenso və Suares 85 yaşlı İzabel adlı yaşlı bir qadını müvəqqəti qalmaq adı ilə Madriddəki evlərinə köçməyə razı salıblar. Lakin qadın ömrünün sonunadək həmin evdə qalıb.

Cütlüyün yaşlı qadını yaxınlarından təcrid etdiyi, evin hamamından istifadə etməsinə icazə vermədiyi və onu qarajdakı tualetə getməyə məcbur etdiyi bildirilir.

Bundan başqa, qadına lazımi qulluq göstərilməyib, dərmanları düzgün verilməyib.

Məhkəmədə sübut olunub ki, təqsirləndirilən şəxslər qadının səhhətindəki problemlərdən istifadə edərək onun əmlakına sahib olmağa çalışıblar.

İzabel 2021-ci ilin mayında vəsiyyətnaməsini Suaresin xeyrinə dəyişib.

Qadının ölümündən sonra isə keçmiş partnyor onun evinə və yığımlarına sahib olub.

Məhkəmə vəsiyyətnaməni etibarsız sayıb və Suaresin 15 min 97 avro məbləğində mirası faizləri ilə birlikdə geri qaytarmasına qərar verib.

# 48 dəfə oxunub

Oxşar xəbərlər

“Warner Bros.” və “Paramount”da böyük dəyişiklik – “DC Studios”un rəhbərliyi də yenilənir

“Warner Bros.” və “Paramount”da böyük dəyişiklik – “DC Studios”un rəhbərliyi də yenilənir

10:48 18 noyabr 2026
23 yaşlı rəssamın qətli ilə bağlı yeni detallar açıqlandı

23 yaşlı rəssamın qətli ilə bağlı yeni detallar açıqlandı

10:32 18 noyabr 2026
500 il əvvəlki “qiyamət xəbərləri”  hərraca çıxarılır

500 il əvvəlki “qiyamət xəbərləri” hərraca çıxarılır

10:17 18 noyabr 2026
"Müştərim cinsiyyət dəyişdirmə əməliyyatı keçirmişdi və xarizma əldə etmək istəyirdi..." - Bərbərlə müsahibə

"Müştərim cinsiyyət dəyişdirmə əməliyyatı keçirmişdi və xarizma əldə etmək istəyirdi..." - Bərbərlə müsahibə

10:00 18 noyabr 2026
APA TV-də yeni veriliş - “PARADOKS”

APA TV-də yeni veriliş - “PARADOKS”

22:49 17 noyabr 2026
Rusiyalı model vəfat etdi

Rusiyalı model vəfat etdi

18:43 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər