Xalq artisti Ramiz Quliyevin səhhəti yaxşılaşır

Xalq artisti Ramiz Quliyevin səhhəti yaxşılaşır
13 oktyabr 2025
# 13:01

Xalq artisti tarzən Ramiz Quliyevin səhhətində müsbət dinamika hiss olunur.

Kulis.az xəbər verir ki, bu barədə sənətkarın oğlu əməkdar artist Əyyub Quliyev məlumat yayıb.

Onun sözlərinə görə, ustad tarzənin müalicəsi reanimasiya şəraitində davam etdirilir:

"Əsas narahatlıq verən tənəffüs sistemi idi ki, artıq bu da bərpa olunur, özü nəfəs alır. Eləcə də digər orqanlarında da bərpa istiqamətində irəliləyiş hiss olunur".

Əyyub Quliyev müalicənin müsbət nəticəsindən asılı olaraq, Xalq artistinin evə buraxıla biləcəyinin mümkün olduğunu da əlavə edib

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.

# 369 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər