Rəssam Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək

Rəssam Cavad Mircavadovun məzarı ilə bağlı zəruri tədbirlər görüləcək
17 avqust 2026
# 16:35

"Mədəniyyət Nazirliyi tərəfindən görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının vəziyyəti ilə bağlı məsələ diqqətə götürülüb".

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məzarın mövcud vəziyyəti aidiyyəti qurumlarla birgə nəzərdən keçiriləcək və zəruri tədbirlərin görülməsi imkanları qiymətləndiriləcək: "Araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə Əməkdar incəsənət xadimi Cavad Mircavadovun məzarının baxımsız olduğunu, baş daşının uçduğunu əks etdirən görüntü paylaşılıb.

# 124 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər