Kriptovalyuta qalmaqalından bəhs edən serial "Netflix"də yayımlanacaq

Kriptovalyuta qalmaqalından bəhs edən serial "Netflix"də yayımlanacaq
23 noyabr 2026
# 11:37

2022-ci ildə milyardlarla dollarlıq itki ilə nəticələnən məşhur FTX kriptovalyuta qalmaqalı “Netflix”in yeni “The Altruists” adlı serialı ilə ekranlaşdırılıb.

Kulis.az xəbər verir ki, baş rollarda Entoni Boyl və Culiya Qarnerin çəkildiyi ekran işi birjanın qurucusu Sem Benkman-Frid ilə keçmiş sevgilisi Kerolayn Ellison arasındakı mürəkkəb münasibətlərdən bəhs edəcək.

Ssenarist Qrem Murun qələmə aldığı serial xeyriyyəçiliyə yönələn "effektiv altruizm" fəlsəfəsi ətrafında birləşən cütlüyün altı illik təlatümlü münasibətləri fonunda 30 milyard dollarlıq birjanın necə 8 milyard dollardan çox borcla iflasa uğradığını təsvir edir.

Daha əvvəl "Inventing Anna" serialında canlandırdığı dələduz obrazı ilə tanınan Culiya Qarner Kerolayn Ellison roluna hazırlaşarkən həm xarici görünüşünü dəyişdiyini, həm də səs məşqçisi ilə çalışdığını deyib.

Benkman-Fridi canlandıran Entoni Boyl isə ekran işinin təkcə maliyyə qalmaqalını deyil, hədsiz sərvət və gücün bir nəfərin əlində toplanmasının yaratdığı təhlükələri də qabartdığını vurğulayıb.

Məhkəmə prosesində keçmiş sevgilisi əleyhinə ifadə verən Ellison cəzasını çəkərək azadlığa çıxsa da, 34 yaşlı Benkman-Frid dələduzluq və çirkli pulların yuyulması ittihamları ilə hələ də həbsdədir.

# 41 dəfə oxunub

Oxşar xəbərlər

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi

11:15 23 noyabr 2026
“Countdown”un aparıcısı dünyasını dəyişdi

“Countdown”un aparıcısı dünyasını dəyişdi

11:13 23 noyabr 2026
Don Toliverin konsertində sirli maddə panikası - 12 mindən çox insan təxliyə edildi

Don Toliverin konsertində sirli maddə panikası - 12 mindən çox insan təxliyə edildi

10:46 23 noyabr 2026
"Evdə tək" filmi ekranlara qayıdacaq - Təfərrüatlar

"Evdə tək" filmi ekranlara qayıdacaq - Təfərrüatlar

10:21 23 noyabr 2026
Bakıda tanınmış aparıcı yol qəzasında öldü

Bakıda tanınmış aparıcı yol qəzasında öldü

10:07 23 noyabr 2026
Fərman Şəkilinin oğlu:  "Atam haqqında rahatlıqla “onunla oturub içmişəm” deyə yalan danışırdı" - Müsahibə

Fərman Şəkilinin oğlu: "Atam haqqında rahatlıqla “onunla oturub içmişəm” deyə yalan danışırdı" - Müsahibə

10:00 23 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər