"Bu, dünya tarixinin sonuncu fəslidir..." - Heynrix von Kleistin sitatları

"Bu, dünya tarixinin sonuncu fəslidir..." - Heynrix von Kleistin sitatları
21 noyabr 2026
# 14:42

Bu gün alman yazıçı Heynrix Von Kleistin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Cənnətin qapıları kilidlənib... Biz dünyanı dolaşmalıyıq ki, görək bəlkə arxa tərəfdən hansısa bir qapı açıq qalıb.

*

Öpüş və dişlək o qədər yaxın qohumdurlar ki, eşqin qızğın çağında onları bir-biri ilə çox asanlıqla səhv salmaq olur.

*

Mən bir qədər çaşqınlıqla soruşdum: "Bu o deməkdir ki, məsumluq halına qayıtmaq üçün idrak ağacından yenidən yeməliyik?" O dedi: "Əlbəttə, amma bu, dünya tarixinin sonuncu fəslidir"

*

Onun ruhunda mənimlə birlikdə ölmək qərarının baş qaldırması məni onun qoynuna necə güclü, qarşısıalınmaz bir qüvvə ilə çəkdi, sənə ifadə edə bilmərəm. Xatırlayırsanmı, səndən tez-tez mənimlə birlikdə ölüb-ölməyəcəyini soruşurdum? Amma sən həmişə yox deyirdin. İndiyə qədər görünməmiş bir xoşbəxtlik burulğanı məni ağuşuna alıb və inkar edə bilmərəm ki, onun məzarı mənə dünyanın bütün imperatriçalarının yataqlarından daha əzizdir. Ah, əziz dostum, qoy Tanrı səni də tezliklə hamımızın mələklərin sevgisi ilə yenidən bir-birimizi qucaqlayacağımız o daha gözəl dünyaya çağırsın. Əlvida.

*

Axmaqlıq, sən dünyanı idarə edirsən və sənin taxtın gözəl bir qadın dodağıdır!

*

Orta səviyyəli bir sənət əsərini layiqincə qiymətləndirmək üçün mükəmməl bir əsəri qiymətləndirməkdən daha artıq düha lazımdır. Gözəllik və həqiqət insan təbiətinə ilk andaca aydın olur; ən uca fikirlər ən asan başa düşüldüyü kimi (yalnız xırdalıqları dərk etmək çətindir), gözəl olan da asanlıqla xoşa gəlir, yalnız qüsurlu və süniliklə dolu olan şeylərdən zövq almaq zəhmət tələb edir. Beləliklə, Şiller və Höteni tərifləyən şəxs, özünün zənn etdiyi kimi, mənə hələ fövqəladə və müstəsna bir gözəllik duyumuna malik olduğunu sübut etmir, lakin Gellert və Kronekdən arabir razı qalan kəs, əgər söhbətində haqlıdırsa, məndə belə bir qənaət yaradır ki, o, nadir dərəcədə həm ağla, həm də incə duyğulara sahibdir.

*

Özünü cilovlaya bilməyən ürəyə lənət olsun!

*

Çünki bilən biz deyilik, əvvəlcə bilən yalnız bizim müəyyən bir ruhi vəziyyətimizdir.

*

Can verməkdə olan palıd ağacı fırtınadan sağ çıxır. Meşənin qüruru olan ən sağlam palıd isə küləyin zərbəsindən kökündən qopub yerə yıxılır. Niyə? Çünki budaqları küləyi tutur...

*

Onun bu qəribə vəziyyətdə sınmayacaq qədər güclü olan ağlı özünü bütünlüklə dünyanın böyük, müqəddəs və izaholunmaz nizamının ixtiyarına təslim etdi.

Türk dilindən tərcümə etdi: Aydan Ağayeva

# 53 dəfə oxunub

Oxşar xəbərlər

"İnsan etmədiyi bütün yaxşılıqlara görə günahkardır..." - Fransua Volterdən aforizmlər

"İnsan etmədiyi bütün yaxşılıqlara görə günahkardır..." - Fransua Volterdən aforizmlər

14:00 21 noyabr 2026
Günahsız Abdulla - Mixeil Cavaxişvilinin  məşhur hekayəsi

Günahsız Abdulla - Mixeil Cavaxişvilinin məşhur hekayəsi

16:00 20 noyabr 2026
Sonuncu dayanacaq - Nobel mükafatçısından hekayə

Sonuncu dayanacaq - Nobel mükafatçısından hekayə

13:58 20 noyabr 2026
Yeddi 100 otuz iki - Daşqın Eldarın yeni romanından bir hissə

Yeddi 100 otuz iki - Daşqın Eldarın yeni romanından bir hissə

10:00 20 noyabr 2026
Protez dişlər - Furqanın yeni hekayəsi

Protez dişlər - Furqanın yeni hekayəsi

12:00 18 noyabr 2026
"Kişisi olmayan bir qadın istənilən kişi ilə qarşılaşanda..." - Doris Lessinqdən sitatlar

"Kişisi olmayan bir qadın istənilən kişi ilə qarşılaşanda..." - Doris Lessinqdən sitatlar

15:00 17 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər