İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı
25 may 2026
# 16:00

İspaniyada 96 ildir itkin düşən 17-ci əsrə aid unikal tablolar polis tərəfindən tapılıb.

"Euronews" xəbər verir ki, sevilyalı rəssam Lukas Valdesə aid edilən iki yağlı boya əsəri 1929-cu ildə keçirilən İbero-Amerika Sərgisinə müvəqqəti verilsə də, sərgi bitdikdən sonra müəmmalı şəkildə yoxa çıxmışdı.

Uzun illər sonra bir hərrac evinin kataloqunda peyda olan eksponatlar hüquq-mühafizə orqanlarının diqqətini çəkib və satışı dayandırılaraq mühafizə altına alınıb.

Polisin və mədəniyyət rəsmilərinin apardığı araşdırmalar, eləcə də tablonun hazırkı sahibləri ilə aparılan vasitəçilik missiyası uğurla nəticələnib.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər