“Balaca səyyah” premyeraya hazırlaşır

“Balaca səyyah”  premyeraya hazırlaşır
3 noyabr 2026
# 16:20

Noyabrın 16-da, məktəblilərin payız tətili günlərində Azərbaycan Dövlət Kukla Teatrında “Balaca səyyah” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, Belarus dramaturqu, rejissoru və aktyoru Dmitri Boqoslavskinin “Mən necə səyyah oldum” əsəri əsasında hazırlanan tamaşa uşaqların böyük arzulara gedən yolunun yalnız xəyal və cəsarətdən deyil, həm də bilik və hazırlıqdan keçdiyini göstərir.

Tamaşanın baş qəhrəmanı dünyanı kəşf etmək, yeni ölkələr görmək, üfüqləri aşmaq arzusunda olan balaca bir oğlandır. O, ilk səyahətinə çıxaraq dəniz canlıları və digər maraqlı obrazlarla qarşılaşır, müxtəlif macəralar yaşayır və hər qarşılaşmada yeni bir həqiqəti kəşf edir.

Səhnə işinin əsas ideyası uşaqlara öyrənməyin, məktəb biliklərinin və dünyagörüşünün gələcək arzulara çatmaqda mühüm rol oynadığını aşılamaqdır. Qəhrəman səyahət zamanı anlayır ki, coğrafiya ilə yanaşı, riyaziyyat, xarici dil və digər fənlər də onun üçün vacibdir. Beləliklə, macəra yolu ilə o, arzularına çatmaq üçün ilk növbədə öz üzərində çalışmalı olduğunu dərk edir.

Yumor, fantaziya, interaktiv dialoqlar və rəngarəng kukla obrazları ilə zəngin olan tamaşa balaca tamaşaçıları həm əyləncəli macəraya, həm də bilik dünyasına dəvət edir.

“Balaca səyyah”ın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Birhissəli uşaq tamaşasında obrazları teatrın aktyorları - Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Səriyyə Mansurova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibli, Səbinə Məmmədova, Ramiz Qəmbərov, Samirə Nəcəfova, Yusif Baxşəliyev, Firuzə Nəsibli və Yasin Abbasov canlandırırlar.

# 228 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər