Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900
3 noyabr 2026
# 13:10

“Ulduz”un oktyabr sayı Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub.

Kulis.az xəbər verir ki, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, “Təhsil Nəşriyyat Poliqrafiya” MMC və dərginin birgə layihəsi kimi işıq üzü görən xüsusi nömrə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə açılır.

Buraxılışda Xaqani Şirvani haqqında müxtəlif dövrlərdə qələmə alınmış yazılar yer alır.

Bu sayda filologiya elmləri doktoru, professor Qafar Kəndli Herisçinin “Xaqani Şirvaninin həyatı”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Xaqani Şirvani”, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi Məmmədağa Sulatnovun “Xaqani Şirvani və Yaxın Şərq ədəbiyyatı”, AMEA-nın müxbir üzvü Azadə Rüstəmin “Xaqani “Mən”i öz sənətində”, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun “Həbsdə”, AMEA-nın müxbir üzvü Nüşabə Araslının “Nəvainin fəlsəfəsi qəsidələrində Xaqani təsiri”, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun “Ərəb şairi Buhturinin “Şiniyyə” qəsidəsi ilə Xaqani Şirvaninin “Mədain xərabələri”nin müqayisəli öyrənilməsi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əlizadənin “Xaqani Şirvani lirikasının bədii siqləti”, filologiya elmləri doktoru, dosent Könül Hacıyevanın “Xaqani qəsidələrinin tərcüməsi zamanı yol verilən təhriflər haqqında”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalovanın “Xaqani Şirvaninin əsərlərində ərəb-islam mədəniyyətinə dair cəhətlər”, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin “Ağla ki, ağlayasan...”, Dilarə Adilgilin “Xaqani Şirvani yaradıcılığı müasirlik kontekstində” yazıları çap olunub.

“Dərgidə kitab”da yaradıcılığından seçmələrlə Odur – “Xaqanı olmuşdur sözün xaqanı...”

# 130 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

Kennedi Mərkəzinin 2026-cı il mükafatçıları bəlli oldu

13:00 3 noyabr 2026
"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

"Ac kölə ağası üçün təhlükəlidir..." - Mark Anney Lukandan sitatlar

12:00 3 noyabr 2026
Taika Vaytiti tənqidçilərə sərt cavab verdi:  Yeni filmi kassada gözləniləni doğrultmadı

Taika Vaytiti tənqidçilərə sərt cavab verdi: Yeni filmi kassada gözləniləni doğrultmadı

11:20 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər