Şarja Beynəlxalq Kitab Sərgisi: 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək

Şarja Beynəlxalq Kitab Sərgisi: 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək
3 noyabr 2026
# 10:40

Ərəb dünyasının ən böyük kitab sərgilərindən biri olan Şarja Beynəlxalq Kitab Sərgisi bu il 45-ci dəfə keçiriləcək.

Kulis.az xəbər verir ki, noyabrın 4-dən 15-dək davam edəcək sərgidə 124 ölkədən 2673 nəşriyyat iştirak edəcək.

Təşkilatçılar tədbir çərçivəsində 1500-dən çox mədəni proqram və görüşün keçirilməsini nəzərdə tuturlar.

Bu ilin mövzusu “Made of Stories” – “Hekayələrdən yaranmışıq”dır. Sərginin fəxri qonağı Oman olacaq. Proqramda 25 ölkədən 106 yazıçı, rəssam və fikir adamının iştirakı planlaşdırılır. Qonaqlar arasında yazıçı Nnedi Okorafor, Klar Makintoş, Lyu Çjenyun, tərcüməçi Deyzi Rokvell və Con Vaylant kimi adlar var.

Şarja sərgisi təkcə kitab satışından ibarət deyil, müəllif görüşləri, müzakirələr, təqdimatlar və müxtəlif ölkələrin ədəbiyyatını tanıdan tədbirlər də proqramın mühüm hissəsidir. Regionda nəşriyyat və kitab sənayesinin inkişafı baxımından bu tədbirin xüsusi çəkisi var.

# 107 dəfə oxunub

Oxşar xəbərlər

Taika Vaytiti tənqidçilərə sərt cavab verdi:  Yeni filmi kassada gözləniləni doğrultmadı

Taika Vaytiti tənqidçilərə sərt cavab verdi: Yeni filmi kassada gözləniləni doğrultmadı

11:20 3 noyabr 2026
Möhsüm Xəlilov: Mən gedirəm, siz qalın cavansız - Feyruz Muradov

Möhsüm Xəlilov: Mən gedirəm, siz qalın cavansız - Feyruz Muradov

11:20 3 noyabr 2026
Texnonun yaradıcılarından Xuan Atkins vəfat etdi

Texnonun yaradıcılarından Xuan Atkins vəfat etdi

10:55 3 noyabr 2026
Castin Timberleykdən yeni sənədli film layihəsi

Castin Timberleykdən yeni sənədli film layihəsi

10:20 3 noyabr 2026
Bağdadda qədim dövrə aid çörək və  pivə istehsalı sahələri aşkarlandı

Bağdadda qədim dövrə aid çörək və pivə istehsalı sahələri aşkarlandı

10:00 3 noyabr 2026
Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

18:40 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər