Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu

Tanınmış yazıçının "evsiz" Hellouin obrazı tənqid olundu
3 noyabr 2026
# 14:30

85 yaşlı milyonçu, yazıçı Marta Stüartın ötən Hellouin bayramı üçün seçdiyi obraz təndiq olunub.

Kulis.az xəbər verir ki, Marta bayram üçün evsiz insan obrazını seçib və bu addımı sosial şəbəkələrdə etirazla qarşılanıb.

Onun ünvanına "Haradan belə qənaətə gəldiniz ki, yol kənarlarında həyatını itirən yoxsul insanların obrazı kostyum ideyası üçün uyğundur?", "Marta, ətrafınızda baş verənləri heç anlayırsınız? İnsanlar hazırda çox çətin günlər yaşayırlar", "Bu, qəddar istehzadır", "Görəsən, bunu normal hesab edənlərin illik gəliri nə qədərdir?", "Martanı çox sevirəm, amma komandasından heç kim ona bunun pis fikir olduğunu deməyib?" deyə, şərhlər yazıblar.

Sahibkar qadının əlində "Acam. Mənə kömək edin" yazılmış lövhə olub.

Marta Stüart kostyum seçimi ilə bağlı "Page Six" nəşrinə açıqlama verib:

"Dünənki Hellouin kostyumumun ciddi evsizlik probleminə diqqət çəkmək məqsədi daşımasına baxmayaraq, kimlərisə incitməsi məni çox məyus etdi. Bunu qətiyyən istəməmişdim".

Mediaya açıqlama verdikdən bir neçə saat sonra Stüart fotosunu silib və instaqram səhifəsində üzr istəyib:

"Bəzən həqiqətən böyük səhv etdiyini etiraf etmək çətin olur. Əvvəlki açıqlamam kifayət etmədi. Bilirəm ki, hazırda bir çox insan ciddi maliyyə çətinlikləri yaşayır. Belə bir kostyum seçmək həssaslıqdan uzaq davranış idi və bunda gülməli heç nə yox idi. Çox üzr istəyirəm".

Marta Stüart vaxtilə ABŞ-nin ən nüfuzlu qadınlarından biri olub.

O, “Martha Stewart Living Omnimedia” media şirkətinə sahib olub, televiziyada ev təsərrüfatı ilə bağlı verilişlər aparıb və təxminən 100 yemək kitabı nəşr etdirib. Bu kitabların bir qismi bestsellerə çevrilib.

1997-ci ildə Stüartın rəhbərlik etdiyi şirkət birjada səhmlərini satışa çıxarıb və bu, onu öz zəhməti ilə sərvət qazanan ilk amerikalı qadın milyarder edib.

Qeyd edək ki, hazırda sahibkarın sərvətinin 400 milyon dollar olduğu qiymətləndirilir.

# 100 dəfə oxunub

Oxşar xəbərlər

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda ölən 10 şair

15:00 3 noyabr 2026
ABŞ-dən Türkiyəyə  qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

ABŞ-dən Türkiyəyə qaytarılan nadir mədəniyyət nümunələri təqdim olundu

15:00 3 noyabr 2026
Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

Məşhur reperin azadlığa çıxacağı tarix açıqlandı

14:00 3 noyabr 2026
Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

Amerikalı müəlliflərin Vətən müharibəsinə həsr olunmuş kitabı təqdim olundu

13:13 3 noyabr 2026
Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

Oktyabrın "Ulduz"u - Xaqani Şirvani-900

13:10 3 noyabr 2026
“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

“Baku Steel Art 2026” layihəsində sənaye ilə incəsənət bir arada

13:08 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər