Hollivud ulduzları Ancelina Coli və Bred Pittin 18 yaşlı qızı Viviye rəsmi olaraq soyadını dəyişərək "Pitt" adından imtina edib.
Kulis.az xəbər verir ki, Viviye Los-Anceles Məhkəməsinə müraciət edərək soyadını "Jolie" olaraq rəsmiləşdirib və ailənin altı övladından soyadını dəyişən dördüncü şəxs olub.
Ailədə "Jolie-Pitt" soyadından ilk imtina edən 20 yaşlı Şaylo olmuşdu.
25 yaşlı Maddoks və 21 yaşlı Zahara da artıq atalarının soyadını işlətmirlər.
Hazırda iki soyadı qoruyan və atası Bred Pittlə əlaqəsini saxlayan yeganə övlad 22 yaşlı Paksdır.
Qeyd edək ki, cütlüyün 2016-cı ildə başlayan qalmaqallı boşanma prosesi 2024-cü ilin dekabrında rəsmən yekunlaşmışdı.