Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı
3 noyabr 2026
# 17:43

Əbu-Dabi beynəlxalq incəsənət bazarında diqqətçəkən nəticəyə imza atıb.

Kulis.az xəbər verir ki, “Christie’s” hərrac evinin şəhərdə keçirilən ilk ayrıca təsviri sənət hərracı ümumilikdə 8 milyon 940 min 800 dollarlıq satışla başa çatıb.

“MAWASIM: 20 Years of Modern and Contemporary Middle Eastern Art” adlı hərracda Yaxın Şərq regionunun müasir və çağdaş incəsənətini təmsil edən 70 əsər təqdim olunub. Satışın ən bahalı əsəri Monir Şahrudi Farmanfarmayanın 2006-cı ildə yaratdığı “Variations on the Hexagon” işi olub. Əsər 844 min 800 dollara satılıb. İlkin qiymətləndirmə isə 150–250 min dollar arasında idi.

“Christie’s”in açıqlamasına görə, hərracda doqquz rəssamın əsərləri üzrə rekord nəticə qeydə alınıb. Maraqlı məqamlardan biri iştirakçıların 30 faizdən çoxunun “Millennial” və Z nəslinə aid olmasıdır. İştirakçıların 37 faizi isə hərrac evinin yeni müştəriləri olub. Nəticə Əbu-Dabinin beynəlxalq incəsənət bazarında mövqeyinin güclənməsi baxımından əhəmiyyətli hesab edilir.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər