Nobel laureatlı yazıçı vəfat etdi.
Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, çinli yazıçı, dissident Liu Xiaobo 61 yaşında dünyasını dəyişib.
2009-cu ildən həbsdə olan yazıçı qaraciyər xərçəngindən əziyyət çəkirdi. Ömrünün sonlarında ev dustaqlığına məhkum olan Liunun Almaniyada müalicə olunması lazım imiş. Amerika və Avropa Birliyi yazıçının Almaniyaya göndərilməsinə görə tələb irəli sürsə də, Pekin bu tələbi rədd edib. Yazıçının vəziyyəti bundan sonra daha da kritik hala çatıb.
- İnanma ki, getsən intihar edərəm – Sevgi Məktubları
- Kafkanın ölümündən sonra kuklanın içindən çıxan məktubu
- Toğrul Nərimanbəyovun əsərləri FOTOLENT
Xatırladaq ki, Lio Xiaobo 2010-cu ildə Nobel mükafatına layiq görülmüşdü.