Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr
5 noyabr 2026
# 17:14

Nasistlərin ölüm düşərgələrində törətdiyi, uzun illər geniş ictimaiyyətə məlum olmayan cinayətlərdən biri indi kino vasitəsilə yenidən gündəmə gətirilir.

Kulis.az xəbər verir ki, “Block 10” filmi Auşvitsdə yüzlərlə yəhudi qadın və qız üzərində aparılmış sterilizasiya təcrübələrindən bəhs edir.

Filmin ssenari müəllifi və prodüseri Berlinli kinorejissor Alis Braunerdir.

1943-cü ildə Auşvitsdəki 10-cu blokda qadınlar və qızlar gün işığı düşməyən qapalı binada saxlanılırdı. Nasist həkimi Karl Klauberq SS rəhbəri Henrix Himlerin göstərişi ilə qadınları kütləvi şəkildə sonsuzlaşdırmağın yollarını araşdırır, əsirləri ağrılı və ölümcül tibbi təcrübələrə məruz qoyurdu. Bu cinayətlərin qurbanlarının bir hissəsi həmin prosedurlar zamanı həyatını itirib.

Film yalnız qurbanların yaşadıqlarını deyil, nasistlərin məcbur etdiyi mənəvi seçimləri də təsvir edir. Süjetdə yəhudi ginekoloq Maksimilian Samuelin taleyi xüsusi yer tutur: o, qızının həyatı ilə şantaj edilərək nasistlərin əmrlərini yerinə yetirməyə məcbur edilir. Brauner filmin hazırlanmasında tarixi sənədlərdən, şahid ifadələrindən və Holokost qurbanlarının xatirələrindən istifadə edib. “Block 10” beləliklə, sadəcə tarixi dram deyil, insan bədəninin və ləyaqətinin dövlət zorakılığına necə qurban verildiyini xatırladan ekran əsəridir.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər