"35 ildən sonra" tamaşasının premyerası keçirildi

"35 ildən sonra" tamaşasının premyerası keçirildi
17 iyun 2023
# 13:30

İyunun 16-da saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Kiçik səhnə”sində İsveç dramaturqu Benqt Alforsun "İllüziyaçılar" pyesi əsasında hazırlanan "35 ildən sonra" adlı tamaşanın premyerası keçirilib.

Kulis.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan "35 ildən sonra" tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatı Zaur Rəşidovdur. Baş rolları Elnur Bəhramxan (Əməkdar artist), Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa edirlər.

Bir hissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından vəcdə gəlir, həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.

# 963 dəfə oxunub

Müəllifin son yazıları

# # #