"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində

"Kann"ı silkələyən azərbaycanlı aktyor - Xalq artistinin nəvəsi Hollivudun diqqət mərkəzində
19 may 2026
# 13:26

Kann Film Festivalında nümayiş olunan və festivalın ən çox müzakirə edilən filmlərindən birinə çevrilən “Club Kid” ekran işi azərbaycanlı aktyor Eldar İsgəndərova beynəlxalq diqqət qazandırıb.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, Xalq artisti Şahmar Ələkbərovun nəvəsi olan Eldar İsgəndərov filmdə “Nicky” obrazını canlandırır.

Xarici media onun performansını xüsusi vurğulayıb.

“The Hollywood Reporter” aktyorun ifasını yüksək qiymətləndirərək yazıb ki, Eldar İsgəndərov filmin ən yaddaqalan və ən gülməli səhnələrinə xüsusi rəng qatır. Nəşr onu “maraqlı və qeyri-adi obraz yaradan aktyor” kimi təqdim edib.

“JoBlo” saytı isə Eldar İsgəndərovun canlandırdığı obrazı “Azərbaycandan olan filosof” kimi xarakterizə edib. Məqalədə qeyd olunur ki, o, filmdə həm yumor, həm də fərqli atmosfer yaradan əsas personajlardan biridir.

“Little White Lies” nəşri də Eldar İsgəndərovun adını filmin ən diqqət çəkən aktyorları sırasında qeyd edib və onun performansının ekran işinə əlavə kolorit qazandırdığını vurğulayıb.

Filmin rejissoru və baş rol ifaçısı Cordan Ferstmandır. Ekran işində həmçinin Kara Delevin, Dieqo Kalva, eləcə də digər tanınmış aktyorlar rol alıblar.

Qeyd edək ki, Kann Film Festivalının “Un Certain Regard” müsabiqə proqramında nümayiş olunan “Club Kid” festivalın ən çox danışılan filmlərindən birinə çevrilib. Film nümayişdən sonra 7 dəqiqə ayaqüstə alqışlanıb. Ekran işinin yayım hüquqları isə məşhur A24 şirkəti tərəfindən milyonlarla dollara alınıb.

# 460 dəfə oxunub

Oxşar xəbərlər

“Onların Mehdisi, bizim Mixaylo”  filminin təqdimatı oldu

“Onların Mehdisi, bizim Mixaylo” filminin təqdimatı oldu

15:46 17 iyun 2026
Məşhur aktrisa vəfat etdi

Məşhur aktrisa vəfat etdi

15:08 17 iyun 2026
"Şrek 5"in yeni treyleri yayımlandı

"Şrek 5"in yeni treyleri yayımlandı

12:04 17 iyun 2026
Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

Məşhur rejissorun filmi Almaniyada qadağan olundu

16:30 16 iyun 2026
"Kişilər nə danışır?"  filminin aktrisası vəfat etdi

"Kişilər nə danışır?" filminin aktrisası vəfat etdi

15:30 16 iyun 2026
“Mənim evim” film layihəsi  beynəlxalq proqramda iştirak etdi

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak etdi

12:40 16 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər