Bu gün tanınmış fransız yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Fransua Moriakın doğum günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Birini sevmək - başqalarına görünməyən bir möcüzəni görmək deməkdir.
***
Əgər içindəki alov sönərsə, yanındakı ruhlar soyuqdan donub məhv olar.
***
Hər birimiz bizi sevənlər tərəfindən yoğurulub yenidən biçimlənirik. O sevgi keçib getsə belə, biz yenə də onların əsəri olaraq qalırıq - böyük ehtimalla onların özlərinin də tanımadığı və heç vaxt niyyət etdikləri kimi olmayan bir əsər.
***
«Mənə nə oxuduğunu de, sənə kim olduğunu deyim» fikri kifayət qədər doğrudur, lakin mənə dönə-dönə nə oxuduğunu desən, səni daha yaxşı tanıyardım.
***
Mərhəmətin sirri də elə bundadır: o, heç vaxt gecikmir.
***
İnsan sevgisi çox vaxt sadəcə iki zəifliyin bir-biri ilə qarşılaşmasından ibarətdir.
***
Dediyiniz hər şeyi yanlış anlayan biri ilə heç söhbət etmisinizmi? Bu, insanı heydən salır və işin qəribə tərəfi odur ki, özünü nə qədər çox izah etməyə çalışsan, məsələ bir o qədər dolaşığa düşür. Ən yaxın dostun isə nə vaxt zarafat etdiyini, nə vaxt ürəyini boşaltdığını və nə vaxt yorğun olduğunu anlayır. O, səni tanıdığı üçün dediklərinin arxasında başqa mənalar axtarmır.
***
Yazıçı, mahiyyət etibarilə, tənhalıqla barışmayan insandır.
***
Tanrı çarəsiz suallarımıza cavab vermir; O, sadəcə özünü bizə bəxş edir.
***
Qəbiristanlıq bizi kədərləndirir, çünki o, dünyada ölülərimizlə bir daha qarşılaşmadığımız yeganə məkandır.
***
Mən ilham gələndə yazıram. Yaradıcılıq dövründə hər gün yazıram; roman yarıda kəsilməməlidir. Axından çıxanda, artıq sanki diktə olunanları qələmə alırmış kimi hiss etməyəndə isə dayanıram.
***
Biz yalnız məhrum olduğumuz şeyləri dərindən dərk edirik.
***
Mənim qorxum ölümdən sonra unudulmaq deyil, əksinə, yetərincə unudulmamaqdır. Dediyimiz kimi, tarixdə qalan kitablarımız deyil, yoxsul ömürlərimizdir.
***
İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir.
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva