Beyləqanda qədim tikili qalıqları aşkarlandı

Beyləqanda qədim tikili qalıqları aşkarlandı
25 noyabr 2026
# 10:46

AMEA Arxeologiya və Antropologiya İnstitutunun Beyləqan rayonunun Təzəkənd kəndi ərazisində apardığı arxeoloji qazıntılarda çiy kərpic döşəmə və bişmiş kərpicdən hörgü izləri aşkarlanıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya İnstitutdan məlumat verilib.

Bildirilib ki, ardıcıl mədəni qatlar və memarlıq qalıqları Mil düzündə yerləşən bu yaşayış yerində məskunlaşmanın bir neçə mərhələdə davam etdiyini göstərir:

"AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşı Abdulla Abdullayevin rəhbərlik etdiyi ekspedisiya 2026-cı ilin iyulunda ərazidə kəşfiyyat aparıb, avqustda yoxlama şurfu qoyub. Stasionar qazıntılar sentyabrın 14-dən oktyabrın 13-dək davam edib. Altı kvadrat üzrə aparılan qazıntıda mədəni qat təxminən bir metr dərinliyədək izlənib".

Qeyd edilib ki, qazıntı sahəsinin A kvadratında 97 sm dərinlikdə 40 × 35 sm ölçülü çiy kərpiclərdən döşəmə, B kvadratında isə 92–93 sm dərinlikdə bişmiş qırmızı kərpicdən hörgü izləri qeydə alınıb: "Ekspedisiya keramika nümunələrini, tikinti materiallarını və sümük qalıqlarını da aşkarlayaraq sənədləşdirib.

Təzəkənd abidəsini ilk dəfə 1936-cı ildə İ. P. Şeblıkin yerüstü kəşfiyyat zamanı qeydə alıb. Abidədə ilk sistemli tədqiqatları 1953–1957-ci illərdə A. A. İessenin rəhbərlik etdiyi Örənqala ekspedisiyası aparıb. Q. M. Əhmədovun 1957-ci ildə qoyduğu şurfda mədəni təbəqənin 3,5 metrədək davam etdiyi müəyyənləşdirilib. Əvvəlki tədqiqatlarda aşkarlanmış keramika və Oktavian Avqust dövrünə aid gümüş denarilər yaşayış yerində məskunlaşmanın e.ə. II–I əsrlərdən eramızın V–VII əsrlərinədək davam etdiyini göstərir.

A. A. İessen və Q. M. Əhmədov Təzəkənd abidəsini ilk orta əsrlərin Paytakaran şəhərinin qalıqları ilə eyniləşdiriblər. Bu elmi qənaəti yoxlamaq və aşkarlanmış tikililərin planını dəqiqləşdirmək üçün qazıntı sahəsinin şimal və qərb istiqamətlərində genişləndirilməsinə, yeni stratiqrafik və tarixləndirici materialların əldə olunmasına ehtiyac var".

# 51 dəfə oxunub

Oxşar xəbərlər

Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

Helmut Nyuton və Peter Lindberqin nadir fotoları hərraca çıxarılır

10:31 25 noyabr 2026
Bu gün Kəlbəcər Şəhəri Günüdür

Bu gün Kəlbəcər Şəhəri Günüdür

09:52 25 noyabr 2026
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanıldı

Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanıldı

09:34 25 noyabr 2026
"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

"Buker"dən uşaq ədəbiyyatı üçün mükafat - Qısa siyahı açıqlandı

19:19 24 noyabr 2026
Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

Ariana Qrandedən yeni layihə - Konsert turu haqqında filmi yayımlanacaq

18:44 24 noyabr 2026
Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

Türkiyə serialı “Emmy” mükafatına layiq görüldü

17:46 24 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər