İspaniyalı repçi Gazir 7 noyabr 2026-cı il tarixində İspaniyanın Xixon şəhərində keçirilən "Red Bull Gazir Contra Todos" adlı böyük tədbirdə tarixin ilk "12 saat ərzində ən çox sərbəst üslublu (freestyle) rep deyişməsi" üzrə Ginnesin Rekordlar Kitabına düşüb.
Kulis.az xəbər verir ki, 24 yaşlı sənətçi bu sınaq zamanı əldə etdiyi göstəriciləri bölüşüb:
Tədbir 11 saat, 23 dəqiqə, 14 saniyə davam edib.
Ümumilikdə 250 rəqiblə qarşılaşaraq 200 sərbəst üslublu deyişmə tamamlayıb.
O, 197 qələbə və cəmi 3 məğlubiyyət alıb. (Məğlubiyyətlər Babi, Skone və Bnet kimi tanınmış repçilərdən alınıb; son deyişmədə isə üçqat turnir çempionu Aczino üzərində qələbə qazanaraq marafonu başa vurub).
Bir atlet kimi hazırlaşan Gazir fiziki məşqçilər, diyetoloqlar, psixoloqlar və səs məşqçiləri ilə aylarla xüsusi proqram üzrə çalışıb.
Deyişmələr arasında yalnız 20 saniyəlik fasilələr olub, hər 40 deyişmədən bir isə 4 dəqiqəlik qısa istirahətlərdə pürə halına salınmış banan, meyvələr və izotonik içkilər qəbul edib.
Taxdığı fitness üzüyünün hesablamalarına görə, bu gərgin marafon ərzində təxminən 3.000 kalori yandırıb.
Universitetdə fizika ixtisası üzrə təhsil alan gənc artist bildirib ki, bütün fiziki və zehni yorğunluğa baxmayaraq, "axının içində olanda xəyal gücünün heç bir sərhədi yoxdur".
Onun növbəti böyük hədəfi isə ingilis dilində sərbəst üslublu rep deməyi öyrənməkdir.