YUĞ Teatrında yeni mövsümün ilk iclası keçirildi

YUĞ Teatrında yeni mövsümün ilk iclası keçirildi
10 sentyabr 2025
# 14:14

Azərbaycan Dövlət YUĞ Teatrında yeni teatr mövsümünün ilk iclası baş tutub.

Kulis.az xəbər verir ki, teatrın kollektivinin iştirak etdiyi görüşdə direktor Əməkdar mədəniyyət işçisi İslam Həsənov və baş rejissor Mikayıl Mikayılov yeni mövsümdə nəzərdə tutulan teatrın fəaliyyəti barədə planlardan söz açıb.

M.Mikayılov çıxışında teatrın yeni hazırlanacaq tamaşaları barədə məlumat verib.

Yeni teatr mövsümü çərçivəsində YUĞ Teatrında "Kitabi-Dədə Qorqud" dastanı əsasında rejissor Mikayıl Mikayılovun quruluşunda "Mən - Dədə Qorqud" tamaşasının premyerası baş tutacaq. Bununla birgə YUĞ Teatrının yaradıcısı Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun A.P.Çexovun "Albalı bağı" əsəri əsasında hazırladığı "Birinci akt" tamaşasının yeni mövsümdə bərpa olunaraq nümayiş olunması planlaşdırılır.

Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov teatrın xarici qastrol səfərlərində və beynəlxalq teatr festivallarında iştirak edəcəyini qeyd edib. Önümüzdəki aylar çərçivəsində YUĞ teatrının Qazaxıstanda, Meksikada qastrol səfərlərində olacağı gözlənilir.

Qeyd edək ki, YUĞ Teatrı yeni mövsümü 27 sentyabrda Xalq yazıçısı Anarın hekayəsinin motivləri əsasında rejissor Əbdülqəni Əliyevin quruluşunda hazırlanmış "Asılqan" tamaşası ilə açacaq. Səhnə əsərində aktyorlar Elşən Əsgərov və Ləman Mərrih iştirak edir. Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədova rejissor assistenti isə Məryəm Qələndərovadır.

# 1587 dəfə oxunub

Oxşar xəbərlər

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

Ömrün səhnəyə həsr edilən 70 ili... - - O, nə vaxt teatr rəssamı olmaq qərarına gəlmişdi?

15:00 7 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

15:13 6 may 2026
Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

12:50 29 aprel 2026
"Zəncirlənmiş Prometey"  Milli Dram Teatrının səhnəsində

"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

10:18 29 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər