Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu
6 may 2026
# 15:13

Azərbaycan Dövlət Kukla Teatrı nümayəndələri mayın 5-də sənət ocağının 95 illik yubileyi münasibətilə həyata keçirilən sosial-mədəni aksiyalar çərçivəsində Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin qonağı olublar.

Kulis.az xəbər verir ki, kuklaçılar sığınacaq sakinləri üçün repertuarın sevilən nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını nümayiş etdiriblər.

Tamaşa Azərbaycan xalq nağılları sırasında özünəməxsus yeri olan, nəsillər boyu uşaqların sevimlisinə çevrilmiş məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı əsasında hazırlanıb.

Eyniadlı səhnə əsərinə yaradıcı heyət tərəfindən yeni səhnə baxışı gətirilib, tamaşa daha dinamik, rəngarəng və müasir teatr həllində təqdim olunub. Nağılın əsas süjeti, ideyası və tərbiyəvi mahiyyəti qorunmaqla müəyyən dramaturji ixtisarlar aparılıb və səhnə uyğunlaşdırmaları edilib. Bu yanaşma klassik folklor nümunəsinin müasir səhnə dili ilə təqdiminə, tamaşaçının nağılın sehrli dünyasına daha asan daxil olmasına şərait yaradır.
Rəngarəng dekorasiya, maraqlı kukla obrazları və dinamik səhnə quruluşu tamaşanın emosional təsirini artırır. Bu da səhnə işinin yalnız əyləncəli deyil, eyni zamanda maarifləndirici və tərbiyəvi məzmun daşımasına xidmət edir. Tamaşanın əsas məqsədi uşaqlara maraqlı teatr ab-havası yaşatmaqla yanaşı, xalq nağıllarımızın zəngin irsini onların vizual zövqünə uyğun formada təqdim etməkdir.

Səhnə əsərinin quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı, birhissəli kukla tamaşasında bütün obrazları istedadlı aktrisa Ülviyyə Əliyeva canlandırır.

Balaca tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə işi uşaqlara xoş və unudulmaz anlar yaşadıb.

Mərkəzin sədri Kəmalə Ağazadə bu xeyirxah təşəbbüsə görə teatr rəhbərliyinə və kollektivə təşəkkür edib. O bildirib ki, bu cür layihələrin davamlı olması, xüsusilə qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, həmçinin onların incəsənətə və teatra marağının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, yubiley ili çərçivəsində teatr paytaxt və bölgələrdə fəaliyyət göstərən uşaq evləri və internat məktəblərinə səfərlərini davam etdirəcək.

# 71 dəfə oxunub

Oxşar xəbərlər

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı

12:50 29 aprel 2026
"Zəncirlənmiş Prometey"  Milli Dram Teatrının səhnəsində

"Zəncirlənmiş Prometey" Milli Dram Teatrının səhnəsində

10:18 29 aprel 2026
Gənc Tamaşaçılar Teatrı Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında

Gənc Tamaşaçılar Teatrı Fevzi Beyazitoğlu Beynəlxalq Teatr Festivalında

15:40 28 aprel 2026
Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

Azərbaycanlı müəllifin pyesi Sankt-Peterburqda səhnələşdirildi

13:40 20 aprel 2026
“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

“Cəmilə” musiqili-tamaşası Akademik Milli Dram Teatrının səhnəsində

10:40 17 aprel 2026
“Gülüstan”  tamaşasının məşqlərinə başlanıldı

“Gülüstan” tamaşasının məşqlərinə başlanıldı

16:14 16 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər