“Büllur başmaq” tamaşasının premyerası keçirildi

“Büllur başmaq”  tamaşasının premyerası keçirildi
22 dekabr 2025
# 12:26

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Şarl Perronun “Küllücə” nağılı əsasında hazırlanan “Büllur başmaq” tamaşasının premyerası keçirilib.

Kulis.az xəbər verir ki, birhissəli səhnə əsərinin quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatı Ağasəlim Feyzullayev, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Asya Atakişiyeva, Xalidə Əlməmmədova, Rəşad Səfərov, Hökümə Rəhimzadə, Xəyalə Qasımova, Ümman Budaqov, Ədalət Əbdülsəməd, Ramiq Nəsirov, Yusif Dadaşov, Natiq Fərzəliyev iştirak edirlər.

Nağılda ögey ana və qızlarının əzab-əziyyəti ilə rastlaşan qızcığazın yaşadığı çətinliklərdən, onun pisliklərə qarşı mətanətlə dözməyə çalışmasından bəhs olunur. Küllücə kralın oğlu tərəfindən təşkil olunan ziyafət gecəsinə qatılmaq istəsə də, ögey ana və bacılar icazə vermir. Lakin, sehrbaz qadının köməkliyi ilə, Küllücə bu ziyafətə gedir, orada kralın yaraşıqlı oğlu ilə rastlaşır. Ziyafətdə şəhzadə Küllücəyə aşıq olur və itmiş başmağının tayını axtarmaqda ona kömək edir.

Uşaqların böyük sevincinə səbəb olan tamaşa qarşıdan gələn bayram günlərində də nümayiş olunacaq.

# 1235 dəfə oxunub

Oxşar xəbərlər

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

Milli Dram Teatrında “Kral Lir”in premyerası oldu

10:40 13 may 2026
Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

Sumqayıt Teatrında yeni tamaşa hazırlanır

16:11 12 may 2026
"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

"Azğın, vəhşi gileyin səsi qəlbini dəlir..." - Bodlerin "Şər çiçəkləri"ndən seçmələr

11:23 12 may 2026
Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

Xırdalan sakini Merilin Monro və Puşkinlə necə üz-üzə gəldi? – Yeni absurd tamaşa

14:47 7 may 2026
“Şekspir”  Bakı səhnəsində

“Şekspir” Bakı səhnəsində

16:32 6 may 2026
Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

Kuklaçılar sığınacaq sakinlərinin qonağı oldu

15:13 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər