Türkiyə Dövlət Çoxsəsli Xoru 14 noyabr 2026-cı il tarixində CSO Ada Ankara Tarixi Zalında "Qərb-Şərq divanı – Göte və Mövlana" adlı xüsusi konsert proqramı ilə çıxış edəcək.
Kulis.az xəbər verir ki, proqram Qərbin çoxsəsli musiqi ənənəsi ilə Şərqin düşüncə mirasını bir araya gətirir.
Konsertdə bəstəkar Turqay Erdenerin Mövlananın "Məsnəvi" əsərinin ilk 18 beytindən bəhrələnərək hazırladığı musiqi dialoqu, Brams və Teofanidisin əsərləri səsləndiriləcək.
Beynəlxalq şöhrətli dirijor Georg Qrünün idarə edəcəyi xoru pianoda Gülcə Sevgən, neydə isə Süleyman Yardım müşayiət edəcək.
Qeyd edək ki, konsert 14 noyabr saat 20:00-da sənətsevərlərə təqdim olunacaq.