"Bir nəfəs qədər" yenidən səhnədə

"Bir nəfəs qədər" yenidən səhnədə
26 fevral 2025
# 15:32

Fevralın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Bir nəfəs qədər" tamaşası yenidən nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, Zəfər salnaməmizə həsr olunan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur.

SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşada gənc pianoçu Kamil Həsənovun da fortepiano musiqisi yer alır.

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan "Bir nəfəs qədər"in quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Tamaşada Əməkdar artist Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artisti İranə Kərimova rol alır.

# 2062 dəfə oxunub

Oxşar xəbərlər

Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olundu

Gəncləri Günü Akademik Milli Dram Teatrında qeyd olundu

10:18 3 fevral 2026
“CHARACTERS” dramaturgiya festivalına pyeslərin qəbulu müddəti uzadıldı

“CHARACTERS” dramaturgiya festivalına pyeslərin qəbulu müddəti uzadıldı

15:15 2 fevral 2026
Musiqili Teatrın fevral repertuarı

Musiqili Teatrın fevral repertuarı

10:40 30 yanvar 2026
Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edildi

16:25 26 yanvar 2026
Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirildi

Dövlət teatrlarında idarəetmə mexanizmləri təkmilləşdirildi

16:20 26 yanvar 2026
“Aldanmış ər”  tamaşasının premyerası olacaq

“Aldanmış ər” tamaşasının premyerası olacaq

15:20 19 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər