Zadi Smit, Marqaret Etvud və İan Maküen oxuculara qeyri-adi təklif

Zadi Smit, Marqaret Etvud və İan Maküen oxuculara qeyri-adi təklif
23 oktyabr 2026
# 11:20

Dünyaca məşhur yazıçılar Zadi Smit, Marqaret Etvud və İan Maküen növbəti romanlarında yaradacaqları personajların adını oxuculara seçdirmək imkanı verəcəklər.

Kulis.az xəbər verir ki, iştirakçılar bu hüququ xeyriyyə hərracında əldə edə bilərlər.

Toplanan vəsait işgəncədən sağ çıxmış insanlara dəstək göstərən “Freedom from Torture” təşkilatına yönəldiləcək.

Aksiya Londonda keçiriləcək ədəbi festivalın proqramına daxildir. Tədbirdə 75-dən çox yazıçı, şair, rəssam və illüstrator iştirak edir.

Hərracın digər təklifləri arasında məşhur illüstrator Kventin Bleykin orijinal əsərləri, Uilyam Bleykin illüstrasiyaları ilə nadir kitab və yazıçı ilə kitab klubu görüşü də var. Beləliklə, oxucu sadəcə kitab almaqla kifayətlənməyəcək, sevdiyi müəllifin gələcək əsərində kiçik də olsa iz buraxmaq şansı qazanacaq.

# 99 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yapon yazıçı vəfat etdi

Məşhur yapon yazıçı vəfat etdi

12:00 23 oktyabr 2026
"Şəbnəm Tovuzlu tələbatı ödəyir" - Bəlkə, Parisdəki həqiqətən "yekə bir vışka"dır?

"Şəbnəm Tovuzlu tələbatı ödəyir" - Bəlkə, Parisdəki həqiqətən "yekə bir vışka"dır?

12:00 23 oktyabr 2026
Bred Pittin  yeni layihəsinin treyleri yayımlandı

Bred Pittin yeni layihəsinin treyleri yayımlandı

11:40 23 oktyabr 2026
Xalq artisti Ramiz Mustafayevin  100 illiyinə həsr olunmuş konsert keçirildi

Xalq artisti Ramiz Mustafayevin 100 illiyinə həsr olunmuş konsert keçirildi

11:36 23 oktyabr 2026
Saşa Baron Koenə qarşı məhkəmə iddiası

Saşa Baron Koenə qarşı məhkəmə iddiası

11:00 23 oktyabr 2026
Məşhur yazıçı ilə nəşriyyat arasında süni intellekt qalmaqalı

Məşhur yazıçı ilə nəşriyyat arasında süni intellekt qalmaqalı

10:40 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər