Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?

Tom Kruz tanınmaz halda - "Digger" necə qarşılandı?
25 sentyabr 2026
# 12:00

Hollivud ulduzu Tom Kruzun baş rolda oynadığı və "Oskar" mükafatlı rejissor Alexandro Qonsales İnyarritunun lentə aldığı "Digger" filminin mətbuat üçün ilk qapalı nümayişi baş tutub.

Kulis.az xəbər verir ki, qara komediya janrında olan ekran işi tənqidçilər tərəfindən həm tərif, həm də müəyyən iradlara məruz qaldı..

Uzun illərdir davam edən film seriyalarından sonra Tom Kruz dramatik bir rolla izləyici qarşısına çıxır. Filmdə o, rəhbərlik etdiyi neft buruqlarının birində baş verən qəza nəticəsində qlobal ekoloji fəlakətə səbəb olan və bu dəhşətli böhranın mərkəzində qalan varlı iş adamı Digger Rokvell obrazını canlandırır.

Qapalı baxışdan dərhal sonra yayımlanan ilk rəylər isə birmənalı deyil. "Next Best Picture" nəşrinin qurucusu Mett Neqlia Kruzun oyununu son illərin ən diqqətçəkən performanslarından biri kimi qiymətləndirsə də, ssenaridəki bəzi balanssızlıqların bu təsiri azaltdığını bildirib.

"Variety" yazarı Kleyton Devis rejissor İnyarritunun riskə getməsini, Kruz və Con Qudmanın aktyor oyununu, vizual həlləri tərifləsə də, filmin fərqli elementlərinin bütövlükdə tam vəhdət təşkil etmədiyini vurğulayıb. Lakin "IndieWire" tənqidçisi Cim Hemphill ekran işinə tam müsbət yanaşaraq, Tom Kruzun performansını məşhur "Maqnoliya" (Magnolia) filmindən bəri ən yaxşı işi adlandırıb. O, "Digger"i vizual olaraq yenilikçi, cəsarətli və gözlənilməz studiya kinosu kimi xarakterizə edib.

Layihənin premyerasından əvvəl ən çox müzakirə olunan detallarından biri də Kruzun xarici görünüşü olub. Aktyor xüsusi plastik makiyaj və protezlərdən istifadə edərək tanınmaz hala düşüb. Onun sözlərinə görə, hazırlıq prosesi əvvəlcə 6 saat çəksə də, sonradan qrim ustaları ilə edilən gərgin işlər nəticəsində bu müddət bir saatdan aşağı salınıb.

Filmin ssenarisi İnyarritu ilə yanaşı, Nikolas Cakobone, Aleksandr Dinelaris və Sabina Berman tərəfindən yazılıb. Aktyor heyətində Kruzdan əlavə Riz Əhməd, Con Qudman, Sandra Hüller, Maykl Stulbarq və Cessi Plemons kimi ulduzlar yer alır. Çəkilişlərinin böyük hissəsi Londondakı məşhur "Pinewood" studiyalarında aparılan "Digger"in dünya premyerası 1 oktyabr tarixinə planlaşdırılır.

Tom Kruz və dramatik rollar

Aksiyon ulduzu yenidən fərqli ampluada

Tom Kruz son illərdə tamaşaçıların yaddaşında əsasən "Mission: Impossible" və "Top Gun" kimi böyük büdcəli filmlərin əvəzolunmaz, kaskadyorlardan imtina edən cəsur qəhrəmanı kimi qalıb. Lakin onun karyerasında "Magnolia, "Eyes Wide Shut", "Rain Man", "Jerry Maguire" və "Vanilla Sky" kimi çox dərin psixoloji və dramatik rollar da mövcuddur. İnyarritunun "Digger" filmi Kruzun uzun sürən "qaçış və döyüş" rejimindən çıxaraq, yenidən ciddi xarakter aktyoru kimi "Oskar"a iddialı bir obrazla böyük ekrana qayıdışını simvolizə edir.

Ülvi Bahadır

# 59 dəfə oxunub

Oxşar xəbərlər

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

Aristokrat tipajların yaradıcısı - Harriyet Uolterin 3 məşhur rolu

15:30 24 sentyabr 2026
Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

Şantaj, hədə-qorxu və güzəşt - Qanun qəbulu üçün dostunu satan, "atasını" aldadan prezident kim idi?

15:00 24 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi

10:09 24 sentyabr 2026
"Resident evil"dən rekord

"Resident evil"dən rekord

11:00 23 sentyabr 2026
"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

"Beş ildir ki, veyil-veyil gəzir" - Repressiya kölgəsində filmlər çəkən rejissor

11:00 22 sentyabr 2026
Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

Dünya kinosunun "Anna Karenina"sı - Qreta Qarbonun məşhur rolları

13:30 20 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər