Yuxunuzun sirrini bu yazıdan öyrənin

Yuxunuzun sirrini bu yazıdan öyrənin
9 may 2019
# 17:00

Kulis.az yuxu və yuxu görmək haqda maraqlı faktları təqdim edir.

Yuxusuz qalmağın rekordu 18 gün 21 saat 40 saniyədir. Bu rekord bir yarışmada qeydə alınıb. Yarışmaya qatılan və uzun müddət yuxusuz qalanların çoxu halusunasiya, paranoya, görmə pozuqluğu, danışmağın çətinləşməsi, yaddaşın itməsi və konsantrasiyanın itməsi kimi problemlərlə qarşılaşıblar.

Tibbi baxımdan kiminsə haqqında “oyaqdır” demək çətin məsələdir. Çünki insanlar gözləri açıq olsa da qısa müddətli yuxuya gedə bilirlər. Bəzən isə heç bunun fərqinə də varmırlar.

İnsanların istədikləri vaxtda oyanmağını təmin edən "təbii zəngli saat" stressdən yaranan hormon sayəsində həyata keçirilir.

"Təbii zəngli saat" balaca bir işıqla aktivləşə bilir. Ancaq həmin vaxt oyanmaq istəməsək, yenidən dərin bir yuxuya dalırıq.

Tez yuxu fazasında görülən yuxuların digər yuxu fazalarında da görüldüyü bəlli olub. Yuxunun bu prosesində görülən yuxuların qorxulu olmadığını düşünürdülər. Amma sübut olundu ki, heç də belə deyil. Tez yuxu fazasında da qorxulu yuxular görmək olurmuş. Bu vaxt gözlərin hərəkəti yuxudakı spesifik anlara işarə edir.

Əgər yerinizə uzandıqdan sonra 5 dəqiqə ərzində yuxuya gedirsinizsə, deməli yuxusuz qalmısınız. Normal halda 10-15 dəqiqəyə yuxuya getməlisiniz.

Alimlər deyirlər ki, yaddaşımızdakı uzun müddətli təcrübələrimizi sabitləşdirmək üçün yuxu görürük. Bəziləri unutmağa çalışdığımız şeyləri yuxuda gördüyümüzü düşünürlər.

İngiltərə Müdafiə Nazirliyinin tədqiqatçıları əsgərləri 36 saat oyaq qalmağa alışdırmağı bacarıblar.

İnsanlar meymunlardan 3 saat az yatır.

Özlərinə təhlükə hiss edən ördəklər yarı-yuxulu rejimə keçə bilirlər. Yəni nə yatırlar, nə də tam oyaq olurlar.

Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.

Korlar da yuxu görürlər.

Hər gecə 4-7 yuxu görürük.

İfrat psixoloji gərginlik keçirənlərdən başqa hamı yuxu görür.

Elə insanlar var ki, yuxu görmədiklərini düşünürlər. Əslində belə deyil, onlar sadəcə yuxunu yadda saxlaya bilmirlər.

Hamımız həyatımız boyu minlərlə üz gördüyümüz üçün yuxuda da istənilən qədər üz görə bilərik.

Hamı rəngli yuxu görə bilməz. Görən insanların 12 faizi yuxunu ağ-qara rəngdə görürlər.

İnsanlar 1915-50-ci illərdə daha çox ağ-qara yuxular gördükləri halda, 50-ci illərdən sonra bu «tendensiya» dəyişməyə başladı. Mütəxəssislər bunun səbəbini rəngli televizorların istehsalı ilə əlaqələndirirlər.

Yuxu simvolik xarakter daşıyır. Müəyyən bir əşya və hadisə barədə bəhs edən yuxu adətən birbaşa həmin əşya və ya hadisə ilə bağlı olmaya da bilər.

Yuxuda ən çox hiss edilən hiss həyəcandır.

Yuxular arasındakı fasilə orta hesabla 1-2 saatdır.

Heyvanlar da yuxu görürlər.

Yuxunun real həyatla əlaqəsi var. Radioda musiqi səsləndirilərkən yuxuda konsertdə olduğunuzu görə bilərsiniz.

Kişilər və qadınlar fərqli yuxular görürlər. Kişilər qadınlara nisbətən yuxularında daha aqressiv hisslər keçirirlər.

Xoruldayarkən yuxu görmək mümkün deyil.

Araşdırmalara görə, yuxuların 18-38 faizi gələcəklə bağlıdır.

Ən uzun oyaq qalma rekordu 18 gün 21 saat 40 dəqiqədir.

İnsanlar heyvanlarla müqayisədə 3 saat az yatırlar.

Yuxu ilə bağlı bildiyimiz hər şey son 25 ilin nəticəsidir.

Alma qəhvədən daha çox yuxusuzluq gətirir.

# 4977 dəfə oxunub

Oxşar xəbərlər

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

15:00 12 dekabr 2025
Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı  - Onun köməkçisi niyə özünü asmışdı?

Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı - Onun köməkçisi niyə özünü asmışdı?

15:00 11 dekabr 2025
"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

12:00 11 dekabr 2025
6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

12:00 9 dekabr 2025
"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

10:00 9 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər