Natiq Rəsulzadənin "Seçilmiş əsərləri"nin təqdimatı olub

Natiq Rəsulzadənin "Seçilmiş əsərləri"nin təqdimatı olub
11 dekabr 2012
# 12:00

Rus kitab evində tanınmış Azərbaycan yazıçısı Natiq Rəsulzadənin “Seçilmiş əsərləri” kitabının təqdimatı olub. Tədbirin təşkilatçıları Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Avrasiya Tədqiqatları İnstitutu” İnkişaf Fondunun Azərbaycan filialıvə “Novosti-Azərbaycan” informasiya agentliyidir. Bakıda, Moskvada və Avropa ölkələrində nəşr olunmuş 40-dan çox kitabın müəllifi, Teatr Xadimləri İttifaqı idarə heyətinin üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının, Yazıçılar İttifaqının üzvü, bədii film ssenarilərinin və pyeslərin müəllifi, bir neçə ədəbi mükafatın, iki “Humay” mükafatının laureatı, əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli Natiq Rəsulzadə həm öz vətənində, həm də xaricdə tanınıb.

Müəlliflə görüş həmişə maraqlı olur, xüsusən də rus dilində yazan müasir Azərbaycan yazıçısı Natiq Rəsulzadə ilə. Onun kitablarında yazıçının öz qəhrəmanlarına xüsusi məhəbbəti duyulur. “Seçilmiş əsərlər” kitabına müəllifin 19 hekayəsi və beş povesti daxil edilib. Onların hər biri, hətta ən kiçik hekayə də yaddaqalandır. Buna görə də müəllif üçün “kiçik” qəhrəman yoxdur, onların hər birinin arxasında insan durur! Müəllif “Xilas et və bağışla” hekayəsində deyir: “Allah insanı yaradır, insanı, peşəni yox, bütün işlər və sənətlər isə sonradan yaranır, çox şey şeytan əməlidir, amma insanı yaradan Allahdır...”


Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd edib ki, öz zəngin və qədim ədəbiyyatı ilə şöhrət qazanmış Azərbaycanda bütövlükdə rus dilli ədəbiyyatın bir hissəsini təşkil edən rus ədəbiyyatı da var. Burada rus dilində yazan yazıçılar da nüfuz sahibidirlər.


Təqdimatda “Avrasiya Tədqiqatları İnstitutunun” Azərbaycan filialının direktoru Rauf Həsənov, Milli Məclisin deputatı, Azərbaycan Xarici Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Arxitektorlar İttifaqının sədri Elbay Qasımzadə, Dövlət film fondunun sədri, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq Rəssamı Arif Hüseynov N.Rəsulzadəyə yaradıcılıq uğurları arzulayıblar.

Natiq Rəsulzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

# 2193 dəfə oxunub

Oxşar xəbərlər

Saxtalıqdan uzaq səmimi şənlik  -  "Yoxsulların toyu" tablosu

Saxtalıqdan uzaq səmimi şənlik - "Yoxsulların toyu" tablosu

16:00 23 sentyabr 2026
Vizual elementlərlə musiqi polifoniyası  – “Günəşin sonatası” tablosu

Vizual elementlərlə musiqi polifoniyası – “Günəşin sonatası” tablosu

16:00 22 sentyabr 2026
"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " -  Herbert Vellsin sitatları

"Bir dəfə özünü itirdinsə, iki seçimin var: ya əvvəlki... " - Herbert Vellsin sitatları

10:00 21 sentyabr 2026
Səbr və ümidin rəngli abidəsi   - Tahir Salahovun "Abşeron qadınları"

Səbr və ümidin rəngli abidəsi - Tahir Salahovun "Abşeron qadınları"

12:00 19 sentyabr 2026
“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

“Ərtoğrul süvari alayının Qalata körpüsündən keçidi” - Fausto Zonaronun tablosu

15:00 18 sentyabr 2026
“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

“Geri qalan heç nəyin əhəmiyyəti yoxdur” – “Nothing else matters" necə yarandı?

16:00 17 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər