Kann festivalında kimlər var?

Kann festivalında kimlər var?
17 aprel 2015
# 12:10

Vudi Allen, Qas Van Sent, Natali Portman, Todd Xeyns... Bu il Kann festivalında bu müəlliflərin işləri olacaq.

68-ci Kann festivalı əsas müsabiqə proqramını elan edib. Kulisin gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, festivalın “Xüsusi baxış” proqramı da ictimaiyyətə açıqlanıb.

Kann festivalı mayın 13-də “Başını dik tutaraq” filmi ilə işinə başlayacaq. Festivalın tarixində ilk dəfədir ki, açılış qadın rejissorun çəkdiyi filmlə başlayır. Rejissor Emmanuel Berko bu filmində baş rola Ketrin Denevi çəkib.

Festivalda daha bir ilk var - jürinin sədri bir yox iki nfər olacaq: Coen və İtan Koen qardaşları.

Əsas müsabiqə proqramı daha çox tanınmış və ya artıq özünü sübut etmiş rejissorlardan ibarətdir: “Möhtəşəm gözəllik” filmi ilə Oskar qazanmış Paulo Sorrentino festivala “Gənclik” filmi ilə qatılır. Filmdə əsas rolları Maykl Keyn və Xarvi Keytel oynayıb.

Hələ 2009-cu ildə Kann festivalının Qran-pri mükafatını qazanmış Jak Odiyar bu dəfə əsas müsabiqə proqramında “Dipan” filmi ilə qatılır. Matteo Qarrone (Qomorra” filminin rejissoru) “Nağıllar nağılı” filmi ilə, Nanni Moretti isə “Bizim atamız var” filmi ilə festivalda iştirak edəcək.

Əsas proqrama avstraliyalı rejissor Castin Kurtselin “Makbet” adlı ekranizasiyası da salınıb. Filmdə əsas rolları Martin Fassbinder və Marion Kotiyar oynayıb.

Əsas müsabiqədə iki məşhur ad daha var: Todd Xeyns və Qas Van Sent. Xeyns böyük kinoya 8 illik televiziya fəaliyyətindən sonra dönüb. Van Sentin “Ağac dənizi” Fudzi dağında azmış amerikalı və yaponun qəribə dostluğundan bəhs edir.

Müsabiqədə Asiyadan üç film - “Dağlar gedə bilər” (Tsızya Çjan), “Bizim kiçik bacımız” (Xirokadzu Kore-Eda) və “Assasin” (Xou Syasyan) iştirak edəcək.

Tanınmamış müəllifləri kəşf etmək “Xüsusi baxış” alternativ proqramına həvalə olunub. İslandiya (“Qoyunlar”, Qrimur Xakoranson), Hindistan (Masaan” Niraca Hayvana), Fransa “Mən əsgərəm” Loran Larivyer), Xorvatiya (Zenit” Dalibora Mataniç) və başqa ölkələrin kinematoqrafçıları təmsil olunub. Bu filmlərin çoxu debüt və ya ikinci filmlərdir. Yeganə istisna rumin rejissorları Kernelliu Porumboyun “Xəzinə”, Radu Muntyanın “Bir mərtəbə aşağı” filmləridir.

Builki müsabiqədənkənar proqram insanın daxili yaşantısı mövzusuna həsr olunub. Bu proqramda iki cizgi filmi var. Bunlardan biri Antuan de sent Ekzüperinin “Balaca Şahzadə” əsərinin Mark Osborn (“Kunq Fu Panda” və “Süngər Bob”un rejissoru) tərəfindən ekranizasiyasıdır. İkinci cizgi filmi insanın daxili yaşantısı haqqındadır: “Başsındırma” filminin rejissoru tamaşaçılara məşhur “Valli” animasiyasından tanışdır.

Vudi Allenin bu proqrama salınmış 49-cu filmi onun ənənəvi ekzistensial sıxıntı yaşayan qəhrəmanı haqqındadır. O, özünə gənc tələbə ilə yenicə yaranan münasibətlərlə təsəlli tapır. Filmdə Emma Stoun, Xoakin Feniks, Parker Pouzi çəkilib. Xatırladaq ki, Vudi Allen bircə dəfə - 1985-ci ildə “Qahirənin qırmızı qızılgülü” filmi ilə Kann Festivalının mükafatlarına layiq görülüb.

Xüsusi baxışın ən gözlənilən filmlərindən biri də Natali Portmanın “Sevgi və qaranlıq haqda povest” filmidir. Natali burda həm rejissor, həm aktyor, həm də ssenari müəllifi kimi işləyib. Bundan Əlavə, Süleyman Sissenin “Oka” filmi və İran rejissoru Barbet Şrederin “Asfalt” filmi var.

Xatırladaq ki, Kann festivalı mayın 24-də yekunlaşacaq.

# 1915 dəfə oxunub

Oxşar xəbərlər

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

Nə şah unutdura bildi, nə molla - Edam ipini öpən azərbaycanlı şair kimdir?

09:00 2 iyul 2025
Matsoni - Əli Novruzovun yeni hekayəsi

Matsoni - Əli Novruzovun yeni hekayəsi

09:00 1 iyul 2025
“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

“Təhminə” filmi ilə məşhurlaşdı, bir gecədə Bakını tərk etdi, ağır xəstəlik keçirib yatağa düşdü – O niyə aktrisalıqdan imtina etdi?

12:00 30 iyun 2025
Buğdanın göyə çəkilməsi -  Murad Köhnəqalanın yeni hekayəsi

Buğdanın göyə çəkilməsi - Murad Köhnəqalanın yeni hekayəsi

10:00 29 iyun 2025
İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

İki həftədə iki ölüm, unudulmuş soy, gizli bağlantı - Kəbirlinski kimdir?

10:00 28 iyun 2025
Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

Xalq düşmənini evində gizlətdi, 14 yaşlı oğlu ilə sürgünə göndərildi, şahın qızıl saatını satdı - SSRİ-nin ən "arzuolunmaz" qadını

12:00 27 iyun 2025
# # #