Müharibənin uşaqlara təsirini göstərən sərgi - 20 min boş süd şüşəsi

Müharibənin uşaqlara təsirini göstərən sərgi - 20 min boş süd şüşəsi
27 noyabr 2026
# 15:46

Qətərin paytaxtı Dohada yerləşən “Msheireb” muzeylər kompleksinin tərkibindəki “Bin Jelmood House” məkanında rəssam Bəşir Məhəmmədin “Unfinished Beginnings” (“Tamamlanmamış başlanğıclar”) adlı instalyasiyası nümayiş etdirilir.

Kulis.az xəbər verir ki, sərgi zalını dolduran 20 min boş süd şüşəsi müharibə, aclıq və məcburi köçkünlüyün dünya uşaqlarına təsirini simvolizə edir.

2024-cü ildə Qəzzada həlak olan uşaqlara həsr edilmiş "Echo of Lost Innocence" layihəsindən sonra hazırlanan bu sərgi münaqişələrdən sağ çıxan, lakin təhsildən, səhiyyə xidmətlərindən məhrum qalan uşaqlara diqqət çəkir.

Rəssam bildirib ki, boş süd şüşələri sevgi, qida, təhsil və qayğı ilə doldurulmağa ehtiyacı olan həyatları təmsil edir.

BMT-nin məlumatlarına görə, 2024-cü ildə dünyada təxminən 520 milyon uşaq silahlı münaqişə bölgələrində yaşayıb, 2025-ci ildə isə uşaqlara qarşı 38 mindən çox ağır hüquq pozuntusu qeydə alınıb.

İnstalyasiyanın mərkəzində Qətər məktəblilərinin hazırladığı və dünya liderlərinə sülh çağırışı ünvanlayan 200-dən çox kağız göyərçin (oriqami) yerləşdirilib.

Qeyd edək ki, “Msheireb” muzeyləri və “Qatar Charity” tərəfindən, UNESCO və BMT-nin müvafiq qurumlarının dəstəyi ilə təşkil olunan sərgi 10 dekabr — İnsan Hüquqları Gününədək ödənişsiz ziyarət üçün açıqdır.

# 45 dəfə oxunub

Oxşar xəbərlər

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkənlərin məhkəməsi başladı

15:52 27 noyabr 2026
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edildi

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edildi

15:23 27 noyabr 2026
Biz nə vaxt “yaşadım” deyə bilirik? - Şamil Paşayev

Biz nə vaxt “yaşadım” deyə bilirik? - Şamil Paşayev

15:00 27 noyabr 2026
Trampdan yeni Ceyms Bondla bağlı açıqlama

Trampdan yeni Ceyms Bondla bağlı açıqlama

13:44 27 noyabr 2026
Türkiyəli məşhurlar narkotik testi verəcəklər - 5 il ərzində

Türkiyəli məşhurlar narkotik testi verəcəklər - 5 il ərzində

13:22 27 noyabr 2026
"Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı konfrans keçirildi

"Qafqaz Albaniyasının xristian kilsəsi Yaxın Şərq sivilizasiyası kontekstində" adlı konfrans keçirildi

12:48 27 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər