Kəlbəcər Şəhəri Günü qeyd edildi

Kəlbəcər Şəhəri Günü qeyd edildi
26 noyabr 2026
# 14:42

Noyabrın 25-də Kəlbəcər Şəhəri Günü münasibətilə bayram tədbiri keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, tədbir çərçivəsində şəhər sakinləri və qonaqlar üçün müxtəlif mədəni və əyləncəli proqramlar təşkil olunub. Bayram məkanında milli adət-ənənələri və Kəlbəcərə məxsus yerli məhsulları tanıdan stendlər qurulub. İştirakçılara Kəlbəcər balı, İstisu mineral suyu, milli təamlar təqdim edilib.

Tədbir ərazisində xalça sərgisi təşkil olunaraq milli xalçaçılıq nümunələri nümayiş etdirilib. Bayram proqramında uşaqlar üçün də xüsusi tədbirlərə yer ayrılıb. Kukla tamaşası nümayiş etdirilib və müxtəlif yaradıcı fəaliyyətlər keçirilib. “Mənim Kəlbəcərim” adlı interaktiv zonada uşaqlar Kəlbəcərin təbiətini və şəhər mənzərələrini əks etdirən böyük rəsm panosunu birlikdə rəngləyiblər.

Tədbirin rəsmi hissəsində çıxış edən Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev iştirakçıları 25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə təbrik edib. O, bu əlamətdar günün doğma torpaqlarda, kəlbəcərlilərin iştirakı ilə qeyd olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirib.

Xüsusi nümayəndə qeyd edib ki, 1993-cü il aprelin 2-də işğal olunmuş Kəlbəcər 2020-ci il noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində işğaldan azad edilib. O, bu tarixi hadisəni xalqın iradəsinin, birliyinin və dövlətin gücünün təntənəsi olduğunu bildirib.

Çıxışında Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunan Bəşir Hacıyev bildirib ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq rayonda yeni yaşayış məhəllələri salınır, yaşayış evləri və sosial obyektlər inşa edilir, yol və kommunal infrastruktur yaradılır. Vurğulanıb ki, həyata keçirilən layihələrin başlıca məqsədi kəlbəcərlilərin doğma yurdlarında rahat, təhlükəsiz və davamlı yaşayışını təmin etməkdir.

Bəşir Hacıyev Kəlbəcərin gələcək inkişafında ictimai həmrəyliyin və sakinlərin fəal iştirakının əhəmiyyətini də vurğulayıb. Müxtəlif nəsillərin nümayəndələrinin Şəhəri Gününü birlikdə qeyd etməsini doğma yurda bağlılığın və milli-mənəvi dəyərlərin yaşadılmasının təzahürü kimi dəyərləndirib. Xüsusi nümayəndə əminliyini ifadə edib ki, dövlətin dəstəyi, həyata keçirilən layihələr və kəlbəcərlilərin birgə səyləri nəticəsində Kəlbəcər tarixi simasını qorumaqla müasir və abad yaşayış məkanına çevriləcək.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Bayram tədbiri atəşfəşanlıqla başa çatıb.

# 26 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyəli məşhurlar azadlığa buraxıldı

Türkiyəli məşhurlar azadlığa buraxıldı

14:46 26 noyabr 2026
Ancelina Coli və Bred Pittdən birgə açıqlama - 10 il sonra

Ancelina Coli və Bred Pittdən birgə açıqlama - 10 il sonra

13:44 26 noyabr 2026
Xalq artisti Elmira Şabanova dəfn edildi

Xalq artisti Elmira Şabanova dəfn edildi

13:24 26 noyabr 2026
Buker ailəsi böyüyür - Uşaq ədəbiyyatı üçün ilk qısa siyahı açıqlandı

Buker ailəsi böyüyür - Uşaq ədəbiyyatı üçün ilk qısa siyahı açıqlandı

13:12 26 noyabr 2026
Ədəbiyyatda atalar və oğullar konflikti: Nəsillərin mənəvi varisliyi və müharibə yaddaşı

Ədəbiyyatda atalar və oğullar konflikti: Nəsillərin mənəvi varisliyi və müharibə yaddaşı

13:00 26 noyabr 2026
Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edildi

Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edildi

12:40 26 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər