“Avengers: Doomsday” filminin treyleri rekord qırdı

“Avengers: Doomsday” filminin treyleri rekord qırdı
25 noyabr 2026
# 17:11

“Avengers: Doomsday” filminin son treyleri ilk 24 saat ərzində 563 milyon baxış toplayaraq bütün zamanların ən çox izlənilən ikinci, “Disney” tarixinin isə ən çox baxılan treyleri olub.

Kulis.az xəbər verir ki, treyler ilk tanıtım çarxının 503 milyonluq nəticəsini geridə qoyub və 718,6 milyon baxışla ilk sırada qərarlaşan "Spider-Man: Brand New Day" treylerindən sonra ikinci yerdə qərarlaşıb.

18 dekabrda ekranlara çıxacaq film 28 oktyabrda 86 yaşında vəfat edən Patrik Stüartın "Professor X" rolundakı doqquzuncu və son ekran çıxışı kimi yadda qalacaq.

Rejissor Entoni Russo və “Marvel Studios” rəhbəri Kevin Fayqi Stüartın səhhətindəki ciddi çətinliklərə baxmayaraq çəkiliş meydançasında böyük səylə çalışdığını, son çəkiliş günündə ayağa qalxaraq komandada çıxış etdiyini bildiriblər.

Qeyd edək ki, 2000-ci ildə "X-Men" ilə başladığı bu obrazı illər boyu müxtəlif filmlərdə canlandıran aktyorun xatirəsinin filmdə ehtiramla yad edilməsi planlaşdırılır.

# 46 dəfə oxunub

Oxşar xəbərlər

Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

Ceyms Bondun avtomobili Türkiyədə nümayiş etdirilir

16:46 25 noyabr 2026
"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

"Glastonbury 2027"nin ulduzları açıqlandı – 81 yaşlı Şer də səhnəyə çıxacaq

15:41 25 noyabr 2026
Tanınmış repçi "İlin qlobal qadını" mükafatına  layiq görüldü

Tanınmış repçi "İlin qlobal qadını" mükafatına layiq görüldü

15:12 25 noyabr 2026
Devid Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

Devid Villiams qalmaqalı böyüyür – Nəşriyyat ört-basdır ittihamı ilə üz-üzədir

14:17 25 noyabr 2026
Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

Məşhur plartforma süni intellektlə hazırlanan mahnıları kataloqdan çıxardı

13:46 25 noyabr 2026
“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

“Macquarie” lüğəti ilin sözünü seçdi - “Pervert glasses” nə deməkdir?

13:14 25 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər