Bakıda tarixi binanın qanunsuz dəyişdirilmiş giriş qapısı əvvəlki vəziyyətinə qaytarıldı

Bakıda tarixi binanın qanunsuz dəyişdirilmiş giriş qapısı əvvəlki vəziyyətinə qaytarıldı
26 noyabr 2026
# 11:48

Bakının Səbail rayonunda yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qaydada araşdırma aparılıb.

Kulis.az xəbər verir ki, BŞİH-dən APA-ya verilən məlumata görə, araşdırma zamanı sosial şəbəkələrdə yayılan məlumatlar öz təsdiqini tapıb və tarixi memarlıq abidəsinə müdaxilə faktı müəyyən edilib.

Məlumata görə, yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib. Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.

“Bakı Şəhər İcra Hakimiyyəti bir daha diqqətə çatdırır ki, tarixi abidələrdə hər hansı təmir, yenidənqurma və ya dəyişiklik işləri müvafiq qanunvericiliyin tələblərinə və aidiyyəti qurumların razılığına uyğun həyata keçirilməlidir”, - BŞİH-in məlumatında deyilir.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 9 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə edilməsi ilə bağlı məlumat və görüntülər yayılıb. Belə ki, tarixi binanın birinci mərtəbəsində yerləşən giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəz edildiyi bildirilib.

# 47 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirildi

Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirildi

11:56 26 noyabr 2026
Əfsanəvi futbol şərhçisi süni intellektlə oyuna qayıdır

Əfsanəvi futbol şərhçisi süni intellektlə oyuna qayıdır

11:32 26 noyabr 2026
Özbəkistanda Şeyx Əbülqasım əl-Gəncinin həyatına həsr olunan material hazırlandı

Özbəkistanda Şeyx Əbülqasım əl-Gəncinin həyatına həsr olunan material hazırlandı

11:24 26 noyabr 2026
“The Beatles”in son konsert verdiyi bina ziyarətçilərə açılır – Bir şərtlə

“The Beatles”in son konsert verdiyi bina ziyarətçilərə açılır – Bir şərtlə

11:04 26 noyabr 2026
Qordon Remzi sükan arxasına keçir: “Top Gear” efirə qayıdır

Qordon Remzi sükan arxasına keçir: “Top Gear” efirə qayıdır

10:41 26 noyabr 2026
“Duran Duran”ın gitaraçısı vəfat etdi

“Duran Duran”ın gitaraçısı vəfat etdi

10:16 26 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər