"Sevgidə ədalət yoxdur və olmamalıdır" - Merilin Robinsonun "Gilead" romanından

"Sevgidə ədalət yoxdur və olmamalıdır" - Merilin Robinsonun "Gilead" romanından
26 noyabr 2026
# 14:24

Bu gün amerikalı yazıçı Merilin Robinsonun doğum günüdür.

Kulis.az onun Pulitser mükafatına layiq görülmüş "Gilead" romanından sitatları təqdim edir.

Sevgi müqəddəsdir, çünki o, lütf kimidir - obyektinin buna layiq olub-olmaması əslində heç vaxt əhəmiyyət kəsb etmir.

*

Bəzən adi bir bazar gününün sakitliyini sevmişəm. Bu, ilıq yağışdan sonra yeni əkilmiş bir bağçada dayanmağa bənzəyir. Səssiz və görünməz həyatı hiss edə bilirsən.

*

Yaddaş bir şeyi olduğundan daha böyük göstərə bilər.

*

Sənin daxilini görə bilən bu insanlar sənə heç vaxt tam ədalətli yanaşmırlar, çünki onlar sənin əslində olduğundan daha yaxşı olmaq üçün göstərdiyin səylərə haqq vermirlər, halbuki bu, çətin, xoş niyyətli və az da olsa diqqətə layiq bir şeydir.

*

Sevgidə ədalət yoxdur, ölçü-biçi yoxdur və olmamalıdır da, çünki hər hansı konkret bir anda o, hər şeyi əhatə edən, dərkedilməz bir gerçəkliyin sadəcə bir anlıq görüntüsü və ya məsəlidir. O, heç bir məntiqə sığmır, çünki əbədi olanın müvəqqəti olana müdaxiləsidir. Elə isə o, özünü səbəb və ya nəticəyə necə tabe edə bilər?

*

Oxumağa heç vaxt imkan tapmadığım qədər çox kitab sifariş verməklə və bəzi çox darıxdırıcı cənabların kitab yazdığını öyrənməkdən başqa, faydalı heç nə əldə etmədiyim qədər çox kitab oxumaqla müdriklik sahəsində böyük şöhrət qazanmışam.

*

Yaradılışın müqəddəs gözəlliyinin gözqamaşdırıcı dərəcədə aydın göründüyü iki məqam var və onlar eyni vaxtda baş verir. Biri - dünya qarşısında öz fani acizliyimizi hiss etdiyimiz an, digəri isə dünyanın bizim qarşımızda fani acizliyini hiss etdiyimiz andır.

*

Müdafiə mövqeyindən çıxış edərək Tanrı haqqında heç bir həqiqət söyləmək olmaz.

*

Bir insan öz atasını və ya oğlunu tanıya bilər və yenə də aralarında sədaqət, sevgi və qarşılıqlı anlaşılmazlıqdan başqa heç nə olmaya bilər.

*

Lütfün içində möhtəşəm bir qəhqəhə var.

*

Ay bu ilıq axşam işığında necə də gözəl görünür, eynilə səhər işığında şam alovunun gözəl göründüyü kimi. İşıq içində işıq... Mənə elə gəlir ki, bu, insan ruhunun - varlığın o böyük ümumi işığı içindəki tək işığın metaforasıdır.

*

Paxıllığın dəqiq nə olduğunu bilmirəm, amma təcrübəmə görə, bu, başqasının fəzilətini və ya xoşbəxtliyini arzulamaqdan daha çox, onu rədd etmək, onun gözəlliyindən inciməkdir.

Türk dilindən tərcümə etdi: Aydan Ağayeva

# 54 dəfə oxunub

Oxşar xəbərlər

"Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum..." - Epton Sinklerin  sitatları

"Mən cəmiyyətin ürəyini nişan almışdım, amma təsadüfən mədəsindən vurdum..." - Epton Sinklerin sitatları

15:00 25 noyabr 2026
"Qurd qocalanda köpəyə gülünc olar..." - Rəşad Nuri Güntəkin

"Qurd qocalanda köpəyə gülünc olar..." - Rəşad Nuri Güntəkin

12:39 25 noyabr 2026
Tavriya - Ulucay Akifin yeni hekayəsi

Tavriya - Ulucay Akifin yeni hekayəsi

12:09 24 noyabr 2026
"Gəlin, birini sağ buraxaq ki, tənha qalsın..." - Arundati Royun "Kiçik şeylərin Tanrısı"ndan sitatlar

"Gəlin, birini sağ buraxaq ki, tənha qalsın..." - Arundati Royun "Kiçik şeylərin Tanrısı"ndan sitatlar

10:00 24 noyabr 2026
"Gələcəyin dərdinə qalmaq lazımdır..." - Biz hamımız Qafqaz balalarıyıq

"Gələcəyin dərdinə qalmaq lazımdır..." - Biz hamımız Qafqaz balalarıyıq

16:00 23 noyabr 2026
Görüş - Şahmarın hekayəsi

Görüş - Şahmarın hekayəsi

11:29 22 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər