Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit

Sürrealizmin sirli və düşündürücü rəssamı - Rene Maqrit
21 noyabr 2025
# 13:30

21 noyabr məşhur sürrealist rəssam Rene Maqritin doğum günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Rene Fransua Maqrit 21 noyabr 1898-ci ildə Belçikanın Lessin şəhərində doğulub.

Atası dərzi, anası isə qadın papaqçısı olan Maqritin gənclik illəri haqqında çox az məlumat mövcuddur.

O, ilk rəsm dərslərinə 1910-cu ildə başlayıb. 1912-ci ilin mart ayında Maqritin anası özünü çaya ataraq intihar etmişdi. Daha əvvəllər də intihara cəhd edən anasına atası bir neçə dəfə mane olmuş, onu otağında günlərlə bağlı saxlamışdı, lakin bir gün o, bu bağlı otaqdan çıxa bilir və günlərlə itkin düşür.

Nəticədə, onun cəsədi çaydan tapılır. Deyilənə görə, 13 yaşlı Maqrit anasının cəsədi sudan çıxarılanda orada imiş, lakin daha sonrakı araşdırmalar bu hadisəni inkar edir.

Anasının intiharının Maqritin yaradıcılığına olduqca böyük təsir göstərdiyi irəli sürülür. Məsələn, onun ən məşhur əsərlərindən biri olan “Sevgililər” ("Les Amants") rəsmi bu hadisənin təsiri ilə çəkilmiş ola bilər.

Belə ki, anasının cəsədi tapılanda üzü örtülü imiş və 1927–1928-ci illərdə üzü örtülü insan rəsmləri seriyası çəkən Maqritin də bu hadisənin təsiri altında əsərlərini yaratdığı düşünülür. Rene Maqrit özü isə bu barədə danışmağı qətiyyən sevmirdi.

1916–1918-ci illərdə Brüsseldə Kral Bədii Sənətlər Akademiyasında təhsil alan Maqrit burada Corcet Berje ilə tanış olur və 1922-ci ildə onunla ailə qurur.

1926-cı ilə qədər o, kağız məhsulları fabriki üçün plakatlar və reklam rəsmləri çəkib. Eyni il Sento Brüssel qalereyası ilə müqavilə bağlayaraq həyatını tamamilə rəssamlığa həsr edir.

1926-cı ildə Maqrit sürrealist janrda olan “İtmiş Jokey” ("The Lost Jockey") əsərini yaradır və onu ilk uğurlu əsəri kimi qiymətləndirir. 1927-ci ildə isə ilk sərgisini təşkil edir. Tənqidçilər bu sərgini uğursuz hesab etsələr də, Maqrit və Corcet Parisə gedir, orada Andr Breton ilə tanış olur və onun sürrealist klubuna daxil olur. Lakin Maqrit öz fərdiliyini itirmir; bu klub onun özünəməxsus və unikal stilinin formalaşmasında böyük rol oynayır.

İkinci Dünya müharibəsi zamanı Maqrit rəsmlərinin üslubunu və rəng palitrasını dəyişir. Rəssam hesab edir ki, insanları sevindirmək və onlara ümid aşılamaq lazımdır. Müharibədən sonra isə əvvəlki üsluba qayıdır, rəsmlərini təkmilləşdirir və özünəməxsus üslubunu yaradır.

Maqritin fəlsəfəsi və üslubu onun rəsmlərinin əsas xüsusiyyətlərini əks etdirir. O, ilk rəsmlərini 1915-ci ildə impressionizm üslubunda çəkib.

1916–1918-ci illərdə Brüsseldə Kral Bədii Sənətlər Akademiyasında Konstant Montald da daxil olmaqla müxtəlif müəllimlərdən dərs alsa da, bu dərsləri çox maraqlı hesab etməyib. 1

918–1924-cü illər ərzində çəkdiyi əsərlər futurizm və fiqurativ kubizm üslubunda olmuş, lakin Corco de Kirikonun metafizik rəngkarlığı ilə tanış olduqdan sonra yaradıcılığına yeni istiqamət verib.

Maqritin rəsmlərində mavi işıqlı səmanın xüsusi yeri var. Donuq insan fiquru səmanın maviliyində sanki canlanır. Onun dünyada ən məşhur əsərlərindən biri olan “Bəşər oğlu” ("L’Homme au pomme") əsərində aydın səmanın fonunda tünd paltolu və şlyapalı orta yaşlı kişinin üzündə yaşıl alma asılıb.

Burada almanın simvolikası insanların nəfsinə, iradəsinə hakim ola bilməməsi və bəşər taleyinə işarə edir.

Maqritin əsərləri sadə obyektlərin qeyri-adi birləşməsi ilə seçilir, izləyicini düşündürür, heyrətləndirir və onları görünən mənanın arxasında gizlənmiş sirri kəşf etməyə vadar edir.

Üzü örtülü insan fiqurlarının təsviri, “Sevgililər” ("Les Amants") və digər rəsmləri onun yaradıcılıq fəlsəfəsini əks etdirir.

Rene Maqrit 15 avqust 1967-ci ildə mədəaltı vəzin xərçəngindən vəfat edib, Şarbek qəbiristanlığında dəfn olunub.

Onun əsərləri sürrealizmin ən parlaq nümunələri olaraq bu gün də insanları düşündürür, təəccübləndirir və ilham verir.

# 55 dəfə oxunub

Oxşar xəbərlər

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

"Mənə bu planetdə heç bir yardım əli uzanmadı..." - Alman ədəbiyyatının təlatümlü dahisi

12:30 21 noyabr 2025
Amerika ədəbiyyatında "böyük roman"  ənənəsini canlandıran yazıçı

Amerika ədəbiyyatında "böyük roman" ənənəsini canlandıran yazıçı

15:30 20 noyabr 2025
Frans Şubert kimi özünə ruhani müəllim  hesab edirdi?

Frans Şubert kimi özünə ruhani müəllim hesab edirdi?

18:10 19 noyabr 2025
Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

Sevdiyi rəssamın adını təxəllüs götürən alman kommunist yazıçı - O, Hitlerə necə yanaşırdı?

17:10 19 noyabr 2025
"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

"Onun varlığı digər yazıçılara meydan oxuyur..." - Prustu niyə bu mükafata layiq bilmirdilər?

18:45 18 noyabr 2025
"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı?

"Subay kişilər “ekoarvad”la “mükafatlandırılmazdan” əvvəl ..." - “Damazlıq qızın əhvalatı” necə yazıldı?

16:00 18 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər