"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell

"Mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən..." - Laurens Durrell
7 noyabr 2026
# 14:27

Bu gün britaniyalı romançı, şair Laurens Corc Durrellin anım günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Ürək nəyi arzulayırsa, onu ruhun hesabına əldə edir.

***

Ən zəngin sevgi vaxtın mühakiməsinə boyun əyən sevgidir.

***

Sevilən obyekt, sadəcə olaraq, eyni zaman anında narsisistik şəkildə eyni təcrübəni paylaşan biridir və sevilən obyektə yaxın olmaq arzusu ilk növbədə ona sahib olmaq fikrindən deyil, sadəcə iki təcrübənin müxtəlif güzgülərdəki əkslər kimi müqayisə olunmasına imkan verməkdən irəli gəlir. Bütün bunlar ilk baxışdan, öpüşdən və ya toxunuşdan əvvəl, iddiadan, qürurdan və ya paxıllıqdan əvvəl, dönüm nöqtəsini qoyan ilk bəyanatlardan əvvəl gələ bilər - çünki buradan etibarən sevgi vərdişə, sahiblənməyə və yenidən tənhalığa doğru tənəzzül edir.

***

Bəlkə də bizim tək xəstəliyimiz bir-birimizdən uydurduğumuz nağıllarla kifayətlənmək əvəzinə, dözə bilməyəcəyimiz bir həqiqəti arzulamağımızdır.

***

Biz hamımız cəfəngiyyata inanmaq üçün məntiqli səbəblər axtarırıq.

***

Həqiqət qadındır. Sirli olmasının səbəbi də budur.

***

Həyat düşündüyümüzdən daha mürəkkəb, amma hər kəsin təsəvvür etməyə cürət etdiyindən dəfələrlə sadədir.

***

Səyahət özünüdərkin ən faydalı formalarından biri ola bilər.

***

İnanmıram ki, insan reallıqdan qaçmaq üçün mütaliə etsin. İnsan mövcudluğunu bildiyi, lakin özünün yaşamadığı bir reallığı təsdiqləmək üçün oxuyur.

***

Bütün gənclər kimi mən də dahi olmaq üçün yola çıxmışdım, lakin xoşbəxtlikdən gülüş araya girdi.

***

Ruhun gözləri taybatay açıq halda və həddindən artıq faktiki informasiya yükü olmadan səyahət etməyə çalışın. Ehtiram göstərmədən, asudə, lakin daxili diqqətlə köklənmək lazımdır. Bu, hiss etməkdən, həmin o sirli ünsiyyət duyğusundan, torpaqla eyniləşməkdən ibarətdir. Yolu öyrəndikdən sonra bir məkanın mahiyyətini ortaya çıxara bilərsiniz. Sadəcə bir iynə kimi hərəkətsiz qalsanız, artıq orada olacaqsınız.

***

Elm intellektin poeziyası, poeziya isə ürək bağlılığının elmidir.

***

Aşiq olanlar bir-birlərinə min dəfə deyilmiş və təkrar olunmuş sözlərdən başqa deyəcək yeni bir şey tapa bilmirlər. Öpüşlər bu cür mənasız şeyləri yaralara çevirmək üçün icad edilib.

***

Məgər hər şey ətrafımızdakı sükutu necə yozmağımızdan asılı deyil?

***

Musiqi sadəcə sözlər axtaran sevgidir.

***

Öz ölkəsinə yaradıcı şəkildə nifrət etmək hər bir vətənpərvərin borcudur.

***

Həqiqət dillə gətirildiyi anda yox olur.

***

Bizim axtardığımız sülh deyil, mənadır.

***

Bir şəhərin sakinlərdən birini sevəndə, o şəhər bütün bir dünyaya çevrilir.

***

Qocalıq təhqirdir - sillə yemək kimidir.

Rus dilindən tərcümə etdi: Sevinc Mürvətqızı

# 50 dəfə oxunub

Oxşar xəbərlər

Cümhuriyyətin ilk illərində  “Kişilər dünyasında bir qadın yazar"  - Cahit Uçuk kim idi?

Cümhuriyyətin ilk illərində “Kişilər dünyasında bir qadın yazar" - Cahit Uçuk kim idi?

13:39 7 noyabr 2026
Rusiyanın Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti vəfat etdi

13:18 7 noyabr 2026
Türk sultanına aid  nadir tarixi çamadan sərgilənəcək

Türk sultanına aid nadir tarixi çamadan sərgilənəcək

13:01 7 noyabr 2026
“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

11:59 7 noyabr 2026
Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər