“Humay və sehrli Huma quşu” kitabının Daşkənddə təqdimatı keçirildi

“Humay və sehrli Huma quşu”  kitabının Daşkənddə təqdimatı keçirildi
7 noyabr 2026
# 11:59

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzindən kulis.az-a verilən məlumata görə, mərasimdə Azərbaycan və Özbəkistanın ədəbiyyat və mədəniyyət nümayəndələri, yazıçılar, tərcüməçilər, nəşriyyat və kitabxana əməkdaşları, müəllimlər, uşaq bağçalarının yetirmələri, məktəblilər və uşaq ədəbiyyatına maraq göstərən qonaqlar iştirak ediblər.

Kitab Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, “Təhsil” və “Çinar” nəşriyyatlarının birgə layihəsi əsasında özbək dilində nəşr olunub. Nəşrin rəyçisi filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Elnarə Akimovadır.

Kitabın müəllifi, Azərbaycan yazıçısı Sevinc Nuruqızı çıxışında əsərin ərsəyə gəlməsindən, onun əsas ideyasından və uşaqlara aşıladığı mənəvi dəyərlərdən danışıb. Yazıçı əsərinin özbək dilində nəşr olunmasından məmnunluğunu ifadə edərək, kitabın özbək uşaqları tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu bildirib.

Tədbir çərçivəsində “Humay və sehrli Huma quşu” kitabı əsasında hazırlanmış qısametrajlı film də nümayiş etdirilib.

Təqdimat mərasiminin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppasının üzvləri tərəfindən kitabın mövzusuna uyğun hazırlanmış kiçik teatrlaşdırılmış kompozisiya və əyləncəli səhnələr təqdim olunub. Uşaqların iştirakı ilə müxtəlif interaktiv oyunlar və əyləncə proqramı təşkil edilib.

Bədii proqramda Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” rəqs ansamblı “Zəngəzur yallısı” rəqsini təqdim edib.

# 54 dəfə oxunub

Oxşar xəbərlər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

Spotify səsli kitab kataloqunu istifadəyə verdi - 350 mindən çox ingilisdilli əsər

10:12 7 noyabr 2026
Tbilisidə Zəfər Günü  qeyd olundu

Tbilisidə Zəfər Günü qeyd olundu

09:39 7 noyabr 2026
AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

AzTV-nin 100 illiyi münasibətilə nəşr olunan ensiklopediyanın təqdimat mərasimi keçirildi

09:28 7 noyabr 2026
"Royal Society of Literature Pioneer Prize"  mükafatının qalibi açıqlandı

"Royal Society of Literature Pioneer Prize" mükafatının qalibi açıqlandı

18:46 6 noyabr 2026
Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

Betpod, İndiana Consun papağı və “Taxt oyunları”nın qılıncı hərraca çıxarılır

18:24 6 noyabr 2026
Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

Qaranlığın epifaniyası: Cəmiyyətin mənəvi qəbiristanlığında qəpik-quruş savaşları

17:07 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər