Hər çəlləyə girən xiyar Diogen olmur
Ekoloji şeir
Bir gün Gədəbəyli bir şair “Ulduz” jurnalının redaksiyasına, poeziya şöbəsində işləyən Qulu Ağsəsin üstünə bir kisə şeir, poema gətirir və tələb edir ki, bunları jurnalda çap etsinlər. Qulu əlini atıb kisədən bir şeir çıxarır və şairin yanında ucadan oxumağa başlayır:
Ovçu Əhməd dağda keçi qoymadı
Hey ovladı, ancaq gözü doymadı...
Hazırcavab şair tez şeiri kisəyə dürtüb həmkarına deyir:
- Siz bu şeirləri Ekologiya nazirliyinə aparın.
Çəlləyin hikməti
Dramaturq-filosof F.M. fəlsəfə kitabında “Diogenin çəlləyi” ifadəsinə rast gəlib fikirləşir ki, bir çəllək tapıb içinə girsin. Belə də edir.
Soruşurlar ki, F. M. müəllim, bu nə məsələdir?
- Mən də Diogen olmaq istəyirəm.
Çəlləyin sahibi deyir:
- Bizim arvad hər il bu çəlləkdə xiyar turşusu qoyur, ancaq bu günəcən onların heç biri Diogen olmayıb.
Dəyişək, inkişaf edək
Tənqidçi Əsəd Cahangirlə şair Əsəd Qaraqaplan dost olduqları vaxt qərara gəlirlər ki, təxəllüslərini dəyişsinlər və baxıb görsünlər ki, ədəbiyyatımızda hansı dəyişiklik baş verəcək. Beləliklə, Əsədin biri Qaraqaplan, o birisi isə Cahangir olur və bu minvalla xeyli vaxt ötür. Axırda baxıb görürlər ki, ədəbiyyatda heç nə dəyişmədi. Yenə hərə öz təxəllüsünü geri alır, yenə biri Əsəd Cahangir, o biri Əsəd Qaraqaplan olur.
Adi fərq
Cəlilabad şairi ilə Qazax şairinin fərqi nədir?
Qazax şairinə baxanda o dəqiqə bilirsən ki, aşıqdır, çünki həmişə əlində saz olur. Cəlilabad şairinə də baxanda hiss edirsən ki, aşıqdır, sadəcə, sazı evdə qalıb.
Vətən, millət, xalq və kələm turşusu
Bir gün şair Fəxri Müslüm gənc şairləri başına yığıb qonaqlıq verir. Məclisin siftəsində badəsini qaldirib deyir:
- Uşaqlar, Allah haqqı, elə mənimki də sizinki kimi gənclik illərində həmişə vətən, millət, xalq olub... və “vətən, millət, xalq” dedikcə çəngəlini ahəngə uyğun olaraq üç dəfə nimçədəki kələm turşusuna batırır. Bunu görən Şair Elnur Astanbəyli boşalmış nimçəyə baxaraq qarsona deyir:
- Qardaş, bizə bir dənə də turşu gətir.
Dil xətası
Bir gün şair Aqşingilə zəng edirlər. Xəttin o biri ucunda danışan bir rus qadını olur və evin keçmiş sahibini soruşur. Rus dilində yaxşı danışa bilməyən şair nə qədər çənə-boğaz olsa da, zəng edənə evin keçmiş sahibinin köçüb getdiyini və heç bir adres qoymadığını izah edə bilmir, Axırda dəstəyi evdəki qohumlarından birinə ötürür. Şairin qohumu da girinc-giriftar qalır. Bu vaxt qapı döyülür. Dəstəyi tez gələnə verirlər ki, rus qadına mətləbi başa salsın. Qonaq iki cümlə ilə hər şeyi yoluna qoyur və dəstəyi asır. Bu zaman Aqşin dərindən köks ötürüb evin ortasında diz çökərək əllərini göyə açır:
- Şükür sənə, ilahi, ölüm-itim olmadı...

Oxşar xəbərlər
Kefli İskəndərin gizli siması: xilaskar yoxsa qatil? - Cəfər Cabbarlı Mirzə Cəlilin əsəri haqqında
10:00
10 fevral 2026
Dedi: Könlümdə o, gizlicə candır! - Əlişir Nəvainin “Xəmsə”sindən Xosrovla Fərhadın deyişməsi
17:00
9 fevral 2026
"Dəlisi ağıllı kimi, ağıllısı dəli kimi millətim heeey!"- “Səksənincilər" layihəsindən Əlisəmid Kürün şeirləri
12:00
8 fevral 2026
Sevgilisi ilə səyahətə çıxdığı qatar çaya düşdü, anasını bağışlamadı... - Arvadı niyə onun məktublarını muzeyə təhvil vermişdi?
15:00
7 fevral 2026
“Misir Mərdanovun qohumuyam” deyəndən sonra universitetdə yaşadıqlarım - Bəhruz Tağızadə
10:00
7 fevral 2026
Hərəmxanaya bənzər emalatxana, 14 qeyri-qanuni övlad... - Onun hansı tablosu parlamentdə müzakirəyə çıxarılmışdı?
16:00
6 fevral 2026