Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabı nəşr olundu

Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm"  kitabı nəşr olundu
15 may 2026
# 12:30

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun nəzdində fəaliyyət göstərən "MİMTA Yayımları"nda tanınmış şair Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" adlı esselər toplusu işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda müəllifin daxili dünyasını, səmimi etiraflarını və qeyri-adi müşahidələrini əks etdirən müxtəlif mövzulu esselər toplanıb. Müəllif Qarabağ mövzusu, milli kimlik, sevgi və tənhalıq kimi məsələləri bəzən ironik, bəzən isə dərin fəlsəfi baxışla sorğulayır.
"Hər söz bir xatirədir. Hər xatirə bir yara... Və bəzən insan bütün ömrünü o yaraları sözlə sağaltmağa sərf edir..."
Qulu Ağsəs bu kitabda oxucunu öz yaddaşının dərinliklərinə aparır – uşaqlıqdan başlayan yol, şeirə çevrilən talelər, itirilmiş torpaqların ağrısı və susmayan daxili səs bu yazıların ana xəttini təşkil edir. Müəllifin qələmindən çıxan bu əsər sadəcə esselər toplusu deyil – düşüncəsini sözə çevirməyi bacaran bir insanın mənəvi gündəliyidir. Kitaba adını verən “Saat 6-nı gözləyirəm...” ifadəsi isə hər kəsin içində səssizcə gözlədiyi o xüsusi anın rəmzidir.
Həm poetik dilin incəliyini, həm də həyatın mahiyyətini axtaran oxucular üçün nəzərdə tutulan bu toplu müasir ədəbiyyatımızın dəyərli nəşr nümunələrindən biri kimi qiymətləndirilir.
Kitabı "Litera" kitab evi və şəhərin digər kitab mağazalarından əldə etmək olar.

# 1014 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisadan Qəzza paylaşımı

Məşhur aktrisadan Qəzza paylaşımı

18:00 6 oktyabr 2026
Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

Ekran uyğunlaşdırmaları kitab satışlarını artırdı

17:30 6 oktyabr 2026
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində

16:30 6 oktyabr 2026
"44" bədii filminin yeni tizeri yayımlandı

"44" bədii filminin yeni tizeri yayımlandı

16:24 6 oktyabr 2026
Tanınmış bəstəkar vəfat etdi

Tanınmış bəstəkar vəfat etdi

14:30 6 oktyabr 2026
Xalq artisti xəstəxanaya yerləşdirildi

Xalq artisti xəstəxanaya yerləşdirildi

14:27 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər